Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Mozambikdə 209 yoluxmanın yarısından çoxunun 14 yaşın aşağısındakı uşaqlarda olması narahatlıq doğurur.

1423971
Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Dünya miqyasında yeni növ karonavirus (Covid-19) səbəbi ilə həyatını itirənlərin sayı 352 min 600 mindən yuxarıdır. Yoluxma sayı 5 milyon 704 mini, sağalanların sayı isə 2 milyon 447 min 400-ü keçib.
Cənubi Afrika ölkəsi Mozambikdə yeni növ koronavirus səbəbindən ilk ölüm faktı qeydə alınıb. 13 yaşındakı bir uşağın öldüyü ölkədə aşkarlanan 209 yoluxmanın yarısından çoxunun 14 yaşın aşağısındakı uşaqlarda olması narahatlıq doğurur.
Belarusda "Covid-19" virusundan ölənlərin sayı 4 nəfər artaraq 208-ə, daha 915 nəfərdə virus aşkarlanması ilə yoluxmaların sayı 38 min 59-ə çıxıb. 
35 nəfərin virusdan öldüyü və 8 min 969 yoluxmanın aşkarlandığı Qazaxıstanda karantin tətbiq edilməsi davam edir.
Koronavirusdan 13 nəfərin öldüyü və yoluxmaların sayının 20 artaraq 3 min 281-ə çıxdığı Özbəkistanda prezident Şavkat Mirziyoyev yoluxmaların yarısının xaricdən qayıdan vətəndaşlarda aşkarlandığını söyləyib.
Tacikistanda "Covid-19" səbəbiylə daha bir adaman həyatını itirməsilə ölənlərin sayı 47-yə, yoluxmaların sayı 166 artaraq 3 266-ya yüksəlib.
Moldovada biri tibb işçisi olmaqla 3 nəfərin ölməsilə həyatını itirənlərin sayı 268-ə, 158 adamda virus aşkarlanması ilə yoluxmaların sayı 7 min 305-ə çıxıb. Yoluxmaların 7-si Moldovanın Qaqauz Muxtar Yerində aşkarlanıb.
"Covid-19" infeksiyasından 658 nəfərin öldüyü Ukraynada mayın 30-dan tutmuş Premyer Liqa və Kubok oyunlarına icazə verilib. İyunun 10-dan etibarən ölkədə restoran və kafelərin fəaliyyətə başlayacağı bildirilir.
Koronavirus səbəbiylə ölənlərin sayı Misirdə 797, Əlcəzairdə 617, İraqda 169-a yüksəlib.
9 insan itkisinin olduğu İordaniyada daha 7 nəfərdə virus aşkarlanması ilə yoluxmaların sayı 718-ə çıxıb.
3 ölüm hadisəsinin qeydə alındığı Liviyada daha iki nəfərə "Covid-19" diaqnozu qoyulub, bununla da yoluxmaların sayı 77 olub.

Səudiyyə Ərəbistanında "Covid-19" virusundan 411 ölüm və 76 min 726 yoluxma qeydə alınıb. Ölkədə dövlətdə mayın 31-dən tədricən normallaşmağa başlayacağı açıqlanıb.

Livanda koronavirus qurbanlarının sayı 26-ya, infeksiyaya yoluxanların sayı da 1140-a yüksəlib.
4 nəfərin həlak olduğu Zimbabvedə 56 "Covid-19" yoluxma faktı aşkarlanıb. Milli KİV-lər xəbər verir ki, "Covid-19" tədbirlərini pozan 40 682 nəfər ölkə daxilində saxlanılıb.
Malayziyada ölənlərin sayı 115, cəmi "Covid-19" yoluxmaların ümumi sayı 7 min 604 olduqda, sağalanların  sayı 6 min 41 olaraq açıqlanıb. Hökumət yeni növ koronavirus aşkarlanıb xəstəxanada müalicə olunanların sağalandan dərhal sonra sərbəst buraxılmayacaqlarını, ancaq 14 gündən sonra xəstəxanadan çıxarılacağını açıqlayıb.
Digər bəzi ölkələrdə "Covid-19" səbəbiylə ölənlərin sayı belədir:
"İran 7 min 564, Çin 4 min 634, Hindistan 4 min 346, Rusiya 3 min 968, İndoneziya 1418, Pakistan 1 225, Cənubi Afrika 524, Banqladeş 522, Birləşmiş Ərəb Əmirlikləri 253, Küveyt 172, Qətər 28 və Sinqapur 23".



Әlaqәli Xәbәrlәr