Donald Trampın ölkəsinin Əfqanıstandakı əsgərlərini tamamilə çıxaracağı irəli sürülüb

ABŞ prezidenti Donald Trampın Əfqanıstandakı Amerika əsgərlərini tamamilə çıxarmağı planlaşdırdığı iddia edildi.

1424017
Donald Trampın ölkəsinin Əfqanıstandakı əsgərlərini tamamilə çıxaracağı irəli sürülüb

ABŞ prezidenti Donald Trampın Əfqanıstandakı Amerika əsgərlərini tamamilə çıxarmağı planlaşdırdığı iddia edildi.
"New York Times" qəzetinin xəbərində hərbi rəsmilərin 
Trampa əsgərlərin çıxarılması barədə yaxın günlərdə məlumat verəcəyi irəli sürülüb.
Xəbərdə Trampın prezident seçkilərinin keçiriləcəyi noyabrdan əvvəl Əfqanıstandan çıxarılma prosesini tamamlamaq istədiyi, ancaq Pentaqonun (Müdafiə Nazirliyi) daha yavaş və daha planlı olmağı təklif etdiyi bildirilib.
Mövzu ilə bağlı sualları cavablandıran Pentaqon sözçüsü Conatan Hoffman ABŞ-ın son aylarda Talibanla bağladığı müqaviləyə əsasən iyul ayına qədər ABŞ-ın Əfqanıstandakı əsgər sayını 8500-ə düşürməsi planlanının davam etdiyini söyləməklə kifayətlənib.



Әlaqәli Xәbәrlәr