Almaniyada üç məscidə təhqiramiz ifadələrin yer aldığı məktublar göndərilib

Almaniyanın Münhen və Duisburg şəhərlərində üç məscidə üzərində donuz fotoşəkili və təhqiramiz ifadələrin yer aldığı məktublar göndərilib.

1423990
Almaniyada üç məscidə təhqiramiz ifadələrin yer aldığı məktublar göndərilib

Almaniyanın Münhen və Duisburg şəhərlərində Dini İşlər Türk-İslam Birliyinə (DITIB) bağlı üç məscidə üzərində donuz fotoşəkili və təhqiramiz ifadələrin yer aldığı məktublar göndərilib.
Ramazan bayramının ilk günündə Münhendə DİTİB Mərkəz məscidinə, ikinci gün Duisburg Muradiye məscidində, üçüncü gün isə Duisburg Mərkəzi məscidinə poçt vasitəsilə İslam dinə və dəyərlərinə ağır təhqirlərin yer aldığı məktublar ünvanlanıb.
Münhen şəhərindən poçtla göndərilən və bənzər məzmunlu məktubların göndərənin ünvanlarının isə saxta olduğu güman edilir.
Məscid dərnək başçıları Yusuf Aydın və Ramazan Ceylan məktubları yerli rəhbərliklərlə bölüşdüklərini və günahkarların tutulub məsuliyyətə cəlb edilmələrini istədiklərini ifadə ediblər.



Әlaqәli Xәbәrlәr