Rusiyanın şərqində helikopter qəzaya uğrayıb, ölənlər var

Rusiyanın şərqindəki Çukotka bölgəsinə "MI-8" tipli hərbi helikepterin sərt enişi nəticəsində baş verən qəzada 4 nəfər həyatını itirib.

1423599
Rusiyanın şərqində helikopter qəzaya uğrayıb, ölənlər var

Rusiyanın şərqindəki Çukotka bölgəsinə "MI-8" tipli hərbi helikepterin sərt enişi nəticəsində baş verən qəzada 4 nəfər həyatını itirib.
Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamada, "MI-8" tipli hərbi helikopterin Çukotka bölgəsindəki Ugolnii Kopi hava limanı yaxınlığında təlim uçuşu zamanı sərt eniş etdiyi bildirilib.
Rusiyanın "TASS" xəbər agentliyinə açıqlama verən bölgə rəsmisi helikopterdə olan 4 nəfərdən ibarət ekipajın qəzada öldüyünü və helikopterin düşəndən sonra yanmağa başladığını deyib.
Qəzaya texniki nasazlığın səbəb olduğu güman edilir. 
Ötən həftə paytaxt Moskva bölgəsində "MI-8 tipli" hərbi helikopterin sərt enişi nəticəsində 3 nəfər nəfər həlak olub.

 



Әlaqәli Xәbәrlәr