Müsəlmanlar 2020-ci ildə Ramazan bayramını necə qarşıladılar?

Ramazan bayramını İndoneziya, Malayziya, Pakistan, Əfqanıstan, Qıbrız - Şimali Kipr Türk Cümhuriyyəti, Gürcüstan, İraq, İsveç, Qərbi Trakiya, Qazaxıstan, Balkan ölkələri necə qeyd etdi?

1422782
Müsəlmanlar 2020-ci ildə Ramazan bayramını necə qarşıladılar?

 

  Dünyanın ən sıx müsəlman əhalisi olan İndoneziyada Ramazan bayramı korona virusu (Covid-19) tədbirlərinin kölgəsində qarşılandı. Ölkə müsəlmanları bayram namazını əsasən evdə qıldılar.

  Malayziya müsəlmanlarının çoxu bayram namazını ailələri ilə birlikdə evdə, rəsmilər və məhdud sayda icmalar isə məscidlərdə qıldılar və çıxış etdilər.

  Pakistanda “Covid-19” məhdudiyyətləri səbəbindən uzun müddət məscidlərə gedə bilməyən xalq bayram namazı üçün paytaxt İslamabaddakı Faysal məscidinə axışdı.

  Əfqanıstanda epidemiyaya baxmayaraq, Ramazan bayramı münasibətilə məscidlər bayram namazını qılmaq üçün doldu.

  Qıbrızda - Şimali Kipr Türk Cümhuriyyətində ictimai məsafəyə uyğun olaraq Ramazan bayramı namazı qılındı.

  Epidemiya ilə bağlı fövqəladə vəziyyət və komendant saatının sona çatdığı Gürcüstanda müsəlmanlar paytaxt Tbilisidəki Cümə məscidində bayram namazını qıldılar.

  İraqın Kərkük şəhərindəki müsəlmanlar epidemiya üzündən məscidlərə buraxılmadığı üçün Ramazan bayramı namazını qılmaq üçün Tokatlı məscidinin qarşısında toplandılar.  

  İsveçin paytaxtı Stokholmda müsəlmanlar futbol meydanında bayram namazını qılmalı oldular.

  Qərbi Trakiyada yaşayan müsəlman türk azlığı epidemiya tədbirləri  qaydalarına uyğun hazırlanan məscidlərdə Ramazan bayramı namazını qıldı.

  Balkan ölkələri Bosniya Herseqovina, Serbiya, Monteneqro, Xorvatiya, Şimali Makedoniya və Albaniyadakı müsəlmanlar “Covid-19” tədbirləri qaydalarına riayət edərək bayramı namazı üçün məscidlərə üz tutdu.

  Kosovoda İslam Birliyinin qərarı ilə ictimai bayram namazı qılınmadı.

  Qazaxıstanda müsəlmanlar Ramazan bayramını evlərində qeyd etdilər.



Әlaqәli Xәbәrlәr