Şərqdə və Qərbdə virusun 23 may mənzərəsi

Korona virusun yeni növü “Covid-19”dan həyatını itirənlərin sayı dünya miqyasında 340 min 200, yoluxma halı 5 milyon 321 min 800, sağalanlar isə 2 milyon 170 mini keçib

1422410
Şərqdə və Qərbdə virusun 23 may mənzərəsi

  

  Korona virusun yeni növü “Covid-19”dan həyatını itirənlərin sayı dünya miqyasında 340 min 200, yoluxma halı 5 milyon 321 min 800, sağalanlar isə 2 milyon 170 mini keçib.  

  97 min 650-dən çox can itkisinin olduğu ABŞ-da ölkə prezidenti Donald Tramp əyalət qubernatorlarından virusa görə bağlanmış ibadət yerlərinin yenidən açılmasına icazə verilməsini istəyərək deyib: "Amerikanın daha çox duaya ehtiyacı var".

  İtaliyada epidemiyadan ölənlərin sayı son bir gündə 130 nəfər artaraq 32 min 616-ya çatıb. Yoluxma hallarının sayı isə 638 min azalma ilə 59 min 322-yə düşüb.

  Fransada “Covid-19”dan həyatını itirənlərin sayı son 24 saatda 74 nəfər artaraq 28 min 289-a, virus təsbit edilənlər isə 403 nəfər artaraq 219 min 82-ə çatıb.

  İspaniyada ölənlərin sayı son bir gündə 56 nəfər artaraq 28 min 628-ə çıxıb. 446 artımla yoluxma halı 234 min 824-ə yüksəlib.

  Digər Qərb ölkələrində can itkisi rəqəmləri belədir: Braziliya 21.116, Belçika 9219, Almaniya 8352, Meksika 6989, Kanada 6250, Hollandiya 5788, İsveç 3925, Peru 3244, Ekvador 3056, İsveçrə 1903, İrlandiya 1592, Portuqaliya 1289, Polşa 982, Çili 630.

  “Covid-19”la bağlı Şərqdəki vəziyyətə baxdığımızda, Çində son 24 saat ərzində virusdan ölüm və yoluxma halları müşahidə edilməyib.

  Rusiyada son bir gündə “Covid-19”dan ölənlərin sayı 3388, yoluxma halları isə 335 min 882-ə çıxıb.

  Əlcəzairdə 7 nəfərin ölməsi ilə həyat itkisi 582 olub. Son 24 saat ərzində ölkədə 190 nəfərdə yoluxma ilə bu rəqəm 7918-ə çatıb.

  Səudiyyə Ərəbistanında “Covid-19”dan daha 13 nəfər həyatını itirib, can həyat itkisi 364-ə yüksəlib. 2642 nəfərdə yoluxma halının aşkarlanması ilə ümumi say 67 min 719-a qalxıb.

  İraqda son 1 saatda 7 nəfərin virusdan ölümü bu rəqəmi 147-ə çıxarıb. 87 yeni yoluxma ilə isə say 3964-ə yüksəlib.

  Qətərdə 2 nəfərin həyatını itirməsilə “Covid-19”dan can itkisi 19, 1830 yeni yoluxanlarla birlikdə isə bu say 40.481 nəfər olub.

  Bəhreyndə 12 nəfər dünyasını dəyişib. Ölkədə 164 yeni yoluxma sayı ilə bu rəqəm 8338-ə yüksəlib.

  Ümumilikdə Afrika qitəsində epidemiyadan son 24 saat ərzində ölənlərin sayı 3183 olub, yoluxma halları 4871 artaraq 103 min 933, sağalanlar isə 41.473-ə çatıb. “Covid-19”dan Misirdə 707, Cənubi Afrikada 397, Nigeriyada 221, Mərakeşdə 197, Kamerunda 159 və Sudanda 137 nəfər dünyasını dəyişib.

  Digər Şərq ölkələrində can itkisinin ümumi sayı belədir: Livan 26, İordaniya 9, Liviya 3, İran 7300, Çin 4634, Hindistan 3728, İndoneziya 1326, Pakistan 1101, Ukrayna 605, Banqladeş 432, Cənubi Afrika 397, Birləşmiş Ərəb Əmirlikləri 241, Belarus 190, Sinqapur 23 nəfər.



Әlaqәli Xәbәrlәr