Hafterçilər də DAEŞ kimi hərəkət etdilər

Liviya Xarici İşlər Nazirliyinin məlumatına görə...

1422320
Hafterçilər də DAEŞ kimi hərəkət etdilər

 

  Liviyanın şərqindəki qeyri-qanuni silahlı qüvvələrin başçısı Xəlifə Hafterə bağlı hərbçilər paytaxtın cənubundakı bölgələrdən geri çəkilərkən terror təşkilatı DAEŞ kimi hərəkət edərək yaşayış məntəqələrini minalayıblar.

  “Qəzəb vulkanı” əməliyyatı bölməsindən paylaşılan görüntülərdə Salahaddin bölgəsində Xafter milislərinin tərk etdiyi yerlərdə çox sayda mina, partlayıcı maddə və döyüş sursatı hökumət ordusu tərəfindən ələ keçirilib.

  Hafterçiləri 12 mayda ölkənin qərb hissəsindəki strateji Vatikan bazasından çıxaran Liviya hökuməti qərb bölgələrini də təmizləməyə davam edib. Mayın 22-də ordu qoşunları paytaxtın cənubundakı əməliyyatları zamanı Hafter hərbçilərinə aid iki tankı məhv edib, Səlahəddin və əl-Legitim istiqamətində irəliləyərək bölgənin kritik nöqtələri və əl-Tekbali düşərgəsində nəzarəti əldə alıblar.

  Liviya Xarici İşlər Nazirliyinin məlumatına görə, paytaxtın cənubunda Hafterə bağlı milislərdən geri alınan məntəqələrin birində xarici muzdlu heyətin olduğu da aşkarlanıb. Eyni ərazidə Rusiya istehsalı olan minalar ələ keçirilib.



Әlaqәli Xәbәrlәr