Amerika qitəsində pandemiyanın növbəti episentri

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Fövqəladə Hallar Proqramının icraçı direktoru Maykl Rayanın verdiyi məlumata görə...

1422367
Amerika qitəsində pandemiyanın növbəti episentri

 

  Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Amerikada yeni növ korona virusuna yoluxma hallarının sürətlə artmasını narahatlıqla izləyir. Təşkilatın Fövqəladə Hallar Proqramının icraçı direktoru Maykl Rayan bu qitənin pandemiyanın yeni episentrinə çevrildiyini bildirib. Onun sözlərinə görə, qitədəki vəziyyət həyəcan doğurur, lakin qitədəki bütün ölkələr içərisində ən gərgin vəziyyət Braziliyada müşahidə olunur. Bu ölkə ötən günlərdə Cənubi Amerikada pandemiyanın yeni ocağına çevrilib.

  Rəsmi rəqəmlərə görə, hazırda Braziliya ABŞ və Rusiyadan sonra bütün dünyada ən çox yoluxma halının qeydə alındığı üçüncü ölkədir. İndiyədək bu ölkədə 310 min yoluxma və 20 min ölüm halı qeydə alınıb.

  Ekspertlərin rəyinə görə, rəsmi statistikadan kənar “kölgə rəqəmləri“ daha yüksəkdir, çünki Braziliyada digər ölkələrlə müqayisədə testlər az aparılır. İndiyədək bütün Cənubi Amerika qitəsində 617 min nəfərin COVID-19-a yoluxduğu müəyyən edib, 34 mindən çox insan bu xəstəliklə əlaqədar vəfat edib.



Әlaqәli Xәbәrlәr