Xaşoqçini qətl edənləri bağışladılar

Konsulluq binasında vəhşicəsinə qətlə yetirilən jurnalist Camal Xaşoqçinin oğlu Salah Xaşoqçi “Twitter” sosial şəbəkəsindən Səudiyyə Ərəbistanında yaşayan ailəsi adından açıqlama yayaraq bildirib...

1421721
Xaşoqçini qətl edənləri bağışladılar

 

  Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda Camal Xaşoqçi cinayətini törədənləri jurnalistin ailəsi bağışladı.

  Konsulluq binasında vəhşicəsinə qətlə yetirilən jurnalist Camal Xaşoqçinin oğlu Salah Xaşoqçi “Twitter” sosial şəbəkəsindən Səudiyyə Ərəbistanında yaşayan ailəsi adından açıqlama yayaraq bildirib: “Bu qərarı Allah rizası üçün veririk. Pisliyin əvəzi ona bərabər davranışdır, amma kim bağışlasa, güzəşt etsə, Allah ona mükafat verər. Quran ayəsində deyildiyi kimi, “Allah haqsızlıq edənləri onsuz da sevməz”."

  Xatırladaq ki, 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanının Baş Konsulluğuna evlənmək üçün sənədlərini aparan səudiyyəli jurnalist Camal Xaşoqçi binadan çıxmadı. Az sonra onun nə vaxt, harada və necə öldürüldüyü ilə bağlı məlumatlar ortaya çıxdı, ancaq cəsədi tapılmadı. ABŞ-ın “Washington Post” qəzeti ABŞ Mərkəzi Kəşfiyyat Xidmətinin (CİA) məlumatına əsasən Camal Xaşoqçi qətl əmrinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman tərəfindən verildiyini yazdı.

  Birləşmiş Millətlər Təşkilatı (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) açıqladığı 101 səhifəlik hesabatda Səudiyyə Ərəbistanının Camal Xaşoqçinın qəsdən öldürülməsinə görə məsuliyyət daşıdığı, ölkənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın da olduğu yüksək vəzifəli şəxslərin istintaq üçün etibarlı dəlillər olduğu və "Səudiyyə Ərəbistanı diplomatik imtiyazların istismarı və ərazisindən kənarda güc tətbiq edilməsinə qoyulan qadağanı pozduğuna görə Türkiyə hökumətindən üzr istəməlidir" deyə bildirilir.

  Qeyd edək ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən jurnalist Camal Xaşoqçinin öldürülməsilə bağlı aparılan istintaq çərçivəsində 20 şübhəliyə qarşı qaldırılan ittiham aktı nəticəsində məhkəmə prosesi davam edir.



Әlaqәli Xәbәrlәr