Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirusdan indiyәdәk hәyatını itirәnlәrin sayı dünya üzrә 334 min 848 olub.

1421503
Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirusdan indiyәdәk hәyatını itirәnlәrin sayı dünya üzrә 334 min 848 olub. Virusa yoluxanların ümumi sayı 5 milyon 207 min 910-nu, sağalanların sayı da  2 milyon 83 min 393-ü keçib. 

Epidemiya səbəbiylə 4 min 634 insanın öldüyü Çində bir gündə 4 "Covid-19" yoluxma qeydə alınıb. Beləliklə, ölkədə ümumi yoluxmaların sayı 82 min 971 olub. Son bir gündə Cənubi Koreyada 20 yeni yoluxma aşkarlanıb, yoluxmaların ümumi sayı 11 min 142-ə yüksəlib. 
Cənubi Afrika Respublikasında yeni növ koronavirusa tutulan 2 günlük körpə dünyasını dəyişib. Körpənin ölümünün "Covid-19"dan ən kiçik yaşlı ölüm halları arasında olduğu qeyd edilib. Virusdan 339 nəfərin həyatını itirdiyi ölkədə 18 mindən çox yoluxma aşkarlanıb.
Sudanda "Covid-19" səbəbiylə həyatını itirənlərin sayı 10 nəfər artaraq 121-ə çıxıb. Ölkədəki yoluxma hallarının sayı 3 min 138-dir.

Yəməndə "Covid-19" epidemiyadan can itkisinin 33-ə, yoluxmaların sayının 197-yə yüksəldiyi açıqlanıb. Hökumət beynəlxalq mütəxəssisləri ölkədə baş verən xəstəliklərin diaqnozu və səhiyyə işçilərinə dəstək olmağa çağırıb.

Afrika miqyasında virus səbəbindən ölənlərin sayı üç min 31-ə, yoluxanların sayı 96 min 829-a yüksəlib.

Bəzi digər ölkələrdə ölənlərin sayı belədir:
"İran 7 min 249, Çin 4 min 634, Hindistan 3 min 585, Rusiya 3 min 99, İndoneziya 1278, Pakistan 1067, Banqladeş 408, Səudiyyə Ərəbistanı 351, Birləşmiş Ərəb Əmirlikləri 237, Sinqapur 23 və Qətər 17".



Әlaqәli Xәbәrlәr