Rusiya İsrailə xəbərdarlıq etdi

Rusiya İsrailin İordan çayının qərb sahilini ilhaq etmək planının Fələstində təhlükəli bir zorakılıq probleminə səbəb ola biləcəyini bildirib.

1421522
Rusiya İsrailə xəbərdarlıq etdi

Rusiya İsrailin İordan çayının qərb sahilini ilhaq etmək planının Fələstində təhlükəli bir zorakılıq probleminə səbəb ola biləcəyini bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin mövzuyla bağlı yazılı açıqlamasında İsrailin Fələstin dövlət başçısı Mahmud Abbasın İordan çayının qərb sahilinin ilhaq edilməsi ilə əlaqədar İsrail və ABŞ ilə qəbul edilmiş hər hansı razılaşmaya əməl etməyəcəklərini bəyan etməsi qiymətləndirilib.
Açıqlamada "Rusiya tərəfi israilli tərəfdaşlarını BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası ilə yanaşı  Ərəb Sülh Təşəbbüsünün müvafiq qətnamələrini əhatə edən Orta Şərqdə həllin beynəlxalq hüquq əsaslarına zidd olan birtərəfli planların həyata keçirilməsinə qarşı dəfələrlə xəbərdarlıq etdi" deyilib.
Nazirliyin açıqlamasında ilhaqın 1967 sərhədlərinə əsaslanan gələcəkdəki bir Fələstin dövlətinin mövcudluduğunu davam etdirməsi üçün şərt olan İordan çayının qərb sahilinin torpaq davamlılığını qeyri-mümkün hala gətirəcəyi qeyd edilib.
Açıqlamada "İsrailin bu cür təcavüzkar hərəkətləri Fələstin ərazisindəki təhlükəli bir zorakılıq probleminə səbəb ola bilər. Bununla yanaşı, bütövlükdə Orta Şərq bölgəsindəki vəziyyəti sabitsizləşdirə bilər. Bütün bunlar narahatlıq doğurur. Tərəfləri bölgədəki yeni təhlükəli vəziyyətə səbəb olacaq addımlardan  və birbaşa danışıqlara mane olmaqdan imtina etməyə çağırırıq" deyilib.



Әlaqәli Xәbәrlәr