Koronavirus infeksiyasına yoluxma hallarının dünya üzrə sayı

Yeni növ koronavirusdan indiyәdәk hәyatını itirәnlәrin sayı dünya üzrә 334 min 848 olub.

1421499
Koronavirus infeksiyasına yoluxma hallarının dünya üzrə sayı

Yeni növ koronavirusdan indiyәdәk hәyatını itirәnlәrin sayı dünya üzrә 334 min 848 olub. Virusa yoluxanların ümumi sayı 5 milyon 207 min 910-nu, sağalanların sayı da  2 milyon 83 min 393-ü keçib. 

ABŞ ölüm və yoluxmaların ən çox olduğu ölkədir. Ölkədə epidemiya səbəbiylə 96 min 354 adam ölüb, 1 milyon 621 min 918 nəfərdə virus aşkarlanıb. ABŞ prezidenti Donald Tramp "Covid-19" səbəbiylə həyatını itirənlər üçün ölkədə bayraqların 3 gün boyunca endiriləcəyini açıqlayıb. Tramp "Covid-19" pandemiyasının ikinci dalğası olacağı təqdirdə, ölkə iqtisadiyyatını dayandırmayacaqlarını açıqlayıb. Ölkəsinin pandemiya prosesindən çox şey öyrəndiyini qeyd edən Tramp gələcək dalğalara da əhəmiyyətli səviyyədə hazırlıqlı olduqlarını söyləyib. 
İtaliyada infeksiyadan ölənlərin sayı son 24 saatda 156 artaraq 32 min 486-ya çıxıb. Yoluxmaların sayı  min 792 azalma ilə 228 min 6-ya düşüb.
Fransada "Covid-19" virusundan həyatını itirənlərin sayı son 24 saatda 83 nəfər artaraq 28 min 215-ə yüksəlib. Virus aşkarlananların sayı son 24 saatda 1735 artaraq 181min 826 olub.
İspaniyada "Covid-19"dan həyatını itirənlərin sayı son bir gündə 48 artaraq 27 min 940-a çatıb. Ölkədə həyat itkisi 5 gündür 100-ün aşağısında olur. Eyni dövrdə aşkarlanan yoluxmaların sayı isə 344 olub. Bu nəticələrə Kataloniyan Muxtar İdarəsi isə 'yoxlama problemi' səbəbindən bu məlumatlara daxil edilməyib. Digər tərəfdən Elm və İnnovasiya naziri Pedro Duque İspaniyada "Covid-19" virusuna qarşı davam edən peyvənd tapma fəaliyyətləri çərçivəsində payızda insanlar üzərində test aparılmasına keçilməsinin gözlənildiyini açıqlayıb.
Latın Amerikası ölkəsi Meksikada son 24 saat ərzində yeni növ koronavirus epidemiyasından 424 nəfər ölüb, ölənlərin sayı 6 min 510-a yüksəlib. Ölkədə yoluxmaların sayı 2 min 248 artaraq 59 min 567-yə çıxıb.
Bəzi digər ölkələrdə can itkisi belədir:
"İngiltərə 36 min 42, Braziliya 20 min 47, Belçika 9 min 186, Almaniya 8 min 309, Kanada 6 min 152, Hollandiya 5 min 775, İsveç 3 min 871, Peru 3 min 148, Ekvador 2 min 939, İsveçrə 1898, İrlandiya 1583, Portuqaliya 1277, Polşa 972, Çili 589 və Belarus 185".



Әlaqәli Xәbәrlәr