BMT-nin dezinformasiya xarakterli məlumatlarla mübarizəsi

Birləşmiş Millətlər Təşkilatı (BMT) yeni növ koronavirus (Covid-19) haqqında dezinformasiya xarakterli məlumatlarla mübarizə üçün qlobal təşəbbüs qaldırıb.

1421510

"Vedified" adlı qlobal təşəbbüslə elm, yerli və qlobal əməkdaşlıqlar, həll yolları və həmrəylik kimi sahələrdə qeyri-hökumət, özəl sektor, media və sosial medianın əməkdaşlığı ilə məlumatlar paylanacaq. "Məlumat könüllüləri" dəqiq və etibarlı məzmunlu məlumat paylaşımı edəcək.
Bu təşəbbüslə BMT sübut edilmiş, etibarlı məlumatların həcmini və əlçatan olması imkanını artıracaq.
 BMT Baş katibi Antonio Quterreş video mesajında "Biz virtual məkanlarımızı yalan, qorxu və nifrət yayanlara buraxa bilmərik" deyib.

Әlaqәli Xәbәrlәr