Virusa yoluxanların ümumi sayı 5 milyonu keçib

Yeni növ koronavirusdan indiyәdәk hәyatını itirәnlәrin sayı dünya üzrә 328 minə yaxınlaşıb.

1420804
Virusa yoluxanların ümumi sayı 5 milyonu keçib

Yeni növ koronavirusdan indiyәdәk hәyatını itirәnlәrin sayı dünya üzrә 328 minə yaxınlaşıb. Virusa yoluxanların ümumi sayı 5 milyonu, sağalanların sayı da  2 milyonu keçib.
93 min 858 həyat itkisi və bir milyon 576 min yoluxma sayı ilə  epidemiyanın mərkəzinə çevrilən ABŞ-da  Nyu-York valisi Andrev Kuomo "Covid-19" pandemiyasına görə  dini ibadətlərin sosial məsafəyə diqqət yetirilməsi və maska taxılması şərtilə ən çox 10 nəfərin iştirakı ilə təkrar başlaya biləcəyini söyləyib. Yeni növ koronavirus infeksiyasından ABŞ həbsxanaları arasında Nyu Yorkda fəaliyyət göstərənlər ən çox təsirləniblər. 
"New York Times" qəzetində yer alan xəbərdə Nyu-York şəhərində işləyən 9 min 680 həbsxana gözətçisinin min 259-da "Covid-19" virusu aşkarlandığı, iki tibb işçisi daxil ən az 13 həbsxana işçisinin dünyasını dəyişdiyi bildirilib. Ölkədə bəzi əyalət idarələri"Covid-19" epidemiyasının yayılması barədə əsassız xəbərlərlə mübarizə aparmaq üçün xüsusi internet saytları qurublar.
Avropadakı epidemiyanın mərkəzi İngiltərədə "Covid-19" virusundan son 24 saatda ölənlərin sayı 363 nəfər artaraq 35 min 704-ə çıxıb.Yoluxma sayı 2 min 472 artımla 248 min 293-ə yüksəlib. Bu arada Kraliça II Yelizavetanın doğum günü üçün hər il nəşr olunan "şərəf siyahısı" nın epidemiyaya qarşı mübarizədə iştirak edən "qəhrəmanların" əlavə edilə bilməsi üçün payızda elan ediləcəyi açıqlanıb.
İtaliyada pandemiyada ölənlərin sayı son 24 saatda 161 artaraq 32 min 330-a çatıb. Yoluxma sayı 2 min 377 azalma ilə 62 min 752-yədək düşüb. Bununla yanaşı, Baş nazir Cüzeppe Konte Senatdan çıxan zaman verdiyi açıqlamasında gənclərin toplanaraq şadyanlıq etmələri  üçün doğru vaxt olmadığını, bunun virusun yayılma riskini  artıracağı barədə xəbərdarlıq edib.
Fransada "Covid-19" səbəbiylə həyatını itirənlərin sayı son 24 saatda 110 nəfər artaraq 28 min 132-ə, virus aşkarlananların sayı isə 418 nəfər artaraq 216 min 944-ə çıxıbı. Digər tərəfdən, insanların Rennes şəhərinin bəzi yerlərində toplanmaları və spirtli içki içmələri səbəbindən yerli vaxtla saat 16:00 ilə 07:00 arasında spirtli içki istifadəsi qadağan edilib. Bu qaydaya əməl etməyənlər 135 avro ilə cərimələnəcəklər.
İspaniyada "Covid-19" səbəbiylə ölənlərin sayı son 24 saatda 95 artaraq 27 min 888-ə çatıb, virusa yoluxanların sayı isə 232 min 555 nəfər olub. Ölkənin şərqindəki Barselona şəhərində yalnız gəzinti və idman üçün açılan çimərliklərə axın edən insanlar "Covid-19" infeksiyası ilə mübarizə üçün tətbiq olunan tədbirləri pozublar.

İspaniya Parlamenti "Covid-19" pandemiyası səbəbindən martın 14-dən etibarən tətbiq olunan və mayın 24-də başa çatacaq fövqəladə vəziyyət rejiminin daha iki həftə müddətinin uzadılmasını təsdiqləyib.
Braziliyada epidemiya səbəbiylə ölənlərin sayı 18 min 859-a yüksəlib. Ölkədəki yoluxmaların sayı 291 min 579-a yaxınlaşıb.
Almaniyada "Covid-19" pandemiyası səbəbindən ibadətə fasilə verilən məscidlərin bəzilərində bu ilin ilk təravih namazı müəyyən qaydalar çərçivəsində qılınıb. Mayın 9-dan etibarən ölkə daxilindəki məscidlərdə sərt qaydalar tətbiq olunaraq səhər, günorta və günortadan sonrakı vaxtlarda namaz qılmağa icazə verilmişdi.
Kanadada "Covid-19" səbəbiylə ölənlərin sayı 6 min 136, yoluxmaların sayı 80 min 142-ə, sağaların sayı 40 min 776-ə yüksəlib.



Әlaqәli Xәbәrlәr