Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Virusa yoluxanların ümumi sayı dünya üzrә 5 milyonu, sağalanların sayı da  2 milyonu keçib.

1420807
Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirusdan indiyәdәk hәyatını itirәnlәrin sayı dünya üzrә 328 minə yaxınlaşıb. Virusa yoluxanların ümumi sayı 5 milyonu, sağalanların sayı da  2 milyonu keçib.

4 min 634 insanın öldüyü Çində son 24 saat ərzində daha 2 "Covid-19" yoluxma faktı qeydə alınıb. Ölkədə ölkə xaricindən qaynaqlanan yoluxma sayı  min 709-a, ölkə daxili yoluxmaların sayı isə 82 min 967-ə çıxıb.
Cənubi Koreyada ölənlərin sayı 264-ə, yoluxmaların sayı isə 11 min 122-yə yüksəlib. Ölkədə son 24 saat ərzində 12 yoluxma aşkar edilərkən, "Covid-19" virusundan bir nəfər ölüb. Xarici İşlər nazirinin müavini Gunn, ölkəsinin "Covid-19" ilə mübarizədəki qələbəsində "3T" olaraq ortaya qoyduğu test, təqib və müalicə tətbiqlərinin təsirli olduğunu söyləyib.
Rusiyada "Covid-19" pandemiyasından ölənlərin sayı 3 min 99-a yüksəlib, virus aşkarlananların sayı isə 317 min 554-ə çıxıb. Epidemiyanın mərkəzi olan paytaxt Moskvada ölənlərin sayı 68 nəfər artaraq 1794-ə, yoluxmaların sayı isə 2 min 913 artaraq 155 min 219-a çıxıb.
Küveytdə "Covid-19 səbəbiylə ölənlərin sayı 124-ə, yoluxmaların sayı 17 min 568-ə  yüksəlib.
Qətərdə ölənlərin sayı 16, virusa yoluxanların sayı isə 37 min 97-ə çıxıb.
28 nəfərin öldüyü Omanda daha 372 virus aşkarlanıb və yoluxmların sayı 6 min 43 olub.
12 nəfərin öldüyü Bəhreyndə  7 min 843 nəfərdə virus aşkarlanıb.
Livanda 961, Qəzza zolağında 30 yoluxma faktı qeydə alınıb.

Virus səbəbiylə 680 nəfərin ölümü və 14 min 229 yoluxmanın olduğu Misirdə hökumət "Covid-19" infeksiyası ilə mübarizəyə dəstək olmaq üçün dövlət qulluqçularının maaşlarından vəsait ayrılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.



Әlaqәli Xәbәrlәr