"G-7 yığıncağını videokonfrans deyil, üzbəüz olmasını istəyirəm", D.Tramp

G-7 Liderlər Zirvə Toplantısı ilə əlaqədar şərh paylaşan D.Tramp deyib...

1420838
"G-7 yığıncağını videokonfrans deyil, üzbəüz olmasını istəyirəm", D.Tramp

 

  Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp yeni tip korona virusu (Covid-19) epidemiyası səbəbiylə videokonfrans üsuluyla ediləcəyi açıqlanan G-7 yığıncağını üz-üzə keçirməyi düşündüyünü bildirib.

  “Twitter” hesabından 10-12 iyun tarixlərində paytaxt Vaşinqtonda "Camp David"də təşkil edilməsi planlanan, ancaq daha sonra epidemiya ilə bağlı onlayn mühitə daşınan G-7 Liderlər Zirvə Toplantısı ilə əlaqədar şərh paylaşan D.Tramp deyib: “ABŞ normallaşma müddətinə girdi. G-7 yığıncağını “Washington DC” yaxınlığındakı əfsanəvi “Camp David”də etməyi düşünürəm. G-7-nin digər üzvləri də normallaşma müddətinə başlayıb. Bu yığıncağın üz-üzə keçirilməsi ümumi normallaşmaya böyük mesaj olar."



Әlaqәli Xәbәrlәr