BMT Təhlükəsizlik Şurasının İsrailə çağırışı

BMT Təhlükəsizlik Şurasının üzvü qərbli 4 ölkə keçmiş üzvlərdən Polşa İsraili ilhaq planından imtina etməyə çağırıblar.

1420812
BMT Təhlükəsizlik Şurasının İsrailə çağırışı

BMT Təhlükəsizlik Şurasının üzvü qərbli 4 ölkə Fransa, Almaniya, Belçika və Estoniya ilə keçmiş üzvlərdən Polşa İsraili İordan çayının qərb sahilini ilhaq planından imtina etməyə çağırıblar. 
Sözügedən beş ölkə İsrail və Fələstin probleminin ədalətli və daimi həlli üçün mənalı danışıqların bərpa olunmasına dəstək verməyə hazır olduqlarını bildirərək birgə bəyanat yayıblar.
"İsrail və Fələstin arasında razılaşma olmadığı müddətdə 1967-ci il sərhədləri xaricində hər hansı bir dəyişikliyi tanımayacağıq" deyilən açıqlamada İsrail birtərəfli addım atmamaya və İordan çayının qərb sahilini ilhaqdan imtinaya etməyə çağırılıb.
Digər tərəfdən İsrail televiziyası Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun israilli həmkarı Gabi Aşkenaziyə, rəsmi Təl-Əvivin  işğal altındakı İordan çayının qərb sahilində yer alan bəzi əraziləri ilhaq etmək planının əleyhinəı olduqlarını söylədiyini bildirib.



Әlaqәli Xәbәrlәr