Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Dünya üzrә virusa yoluxanların ümumi sayı 5 milyona yaxınlaşarkәn, sağalanların sayı da 1 milyon 975 min 900-ü keçib.

1420155
Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirusdan indiyәdәk hәyatını itirәnlәrin sayı dünya üzrә 324 min 900-ü keçib. Mәlumata görә, virusa yoluxanların ümumi sayı 5 milyona yaxınlaşarkәn, sağalanların sayı da 1 milyon 975 min 900-ü keçib.

İranda son 24 saat әrzindә yeni növ koronavirus sәbәbindәn daha 64 nәfәr hәyatını itirib; yoluxma sayı isә 126 min 949 nәfәrә çıxıb.
Qərbi Afrika ölkəsi Nigeriyada yeni növ koronavirusdan 192 nəfər ölüb, yoluxma halların sayı 6 mini keçib.
Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (Africa CDC) son məlumatlarına görə, qitədə "Covid-19"-dan ölənlərin sayı 70 artaraq 2 min 912, virusun yoluxduğu insanların sayı son 24 saatda 3 min 500-dən çox artaraq 91 min 598-ə çıxıb. İndiyə qədər 35 min 808 nəfər isə sağalıb.
"Covid-19 səbəbindən ölənlərin sayı Misirdə 659, Əlcəzairdə 561, Cənubi Afrikada 312, Mərakeşdə 193 və Kamerunda 140 nəfərə çatıb.

Sudanda can itkisi 111-ə, yoluxma sayı isə 2 min 728-ə yüksəlib.
Ölənlərin 26, yoluxma sayının 954 olduğu Livanda yeni növ koronavirus əleyhinə tədbirlər 7 iyun tarixinə qədər uzadılıb. Hökumət epidemiya ilə mübarizə çərçivəsində 15 martda elan edilən səfərbərlik çərçivəsində nəqliyyat və yemək kimi əsas ehtiyacları ödəyən bəzi müəssisələrdən başqa özəl və dövlət qurumlarını bağlamaq qərarına gəlmişdi.

278 nəfərin öldüyü və yoluxmaların sayının 16 min 659-a çatdığı İsraildə Baş nazir Binyamin Netanyahu "Covid-19" səbəbiylə mart ayının sonunda bağlanmağa başlanan bütün ibadət yerlərinin bu gündən etibarən yenidən açılacağını açıqlayıb.

Çində 4 min 634 nəfər virusdan ölüb. Son 24 saatda 5 yoluxma faktı qeydə alınıb. Honq-Konqda bəzi məktəblər tədrisə başlayıb.
Cənubi Koreyada son 24 saat ərzində 32 yeni "Covid-19" yoluxma faktının aşkarlanması ilə ümumi yoluxma sayı 11 min 110-a yüksəlib. Bu, ölkədə "mayın 11-dən bəri ən yüksək gündəlik artım" idi. 263 nəfərin öldüyü ölkədə son bir neçə ay ərzində bağlanan məktəblər tədricən açılmağa başlanıb.

İndoneziyada ölənlərin sayı 21 artaraq min 242-yə, son 24 saatda daha 693 nəfərdə yoluxma halı qeydə alınıb. Bununla da virusa yoluxanların ümumi sayı 19 min 189-a yüksəlib.

Rusiyada "Covid-19" pandemiyasından ölənlərin sayı bir gündə 2 min 972-yə, virus aşkarlananların sayı 308 min 705-ə çatıb. Federal Turizm Agentliyinin (Rosturizm) sədri Zarina Doguzova ölkədə turizm sektorundakı bəzi məhdudiyyətlərin iyunun 1-dən etibarən ləğv olunmağa başlanacağını bildirib.
3 min 303 nəfərin öldüyü Hindistanda son 24 saat ərzində "Covid-19"-un aşkarlanması ilə yoluxmaların sayı 106 min 750-ə çıxıb. Bu, virusun ölkədə ilk dəfə aşkarlandığı 30 yanvar tarixindən bəri qeydə alınan "ən yüksək gündəlik artım" idi.

Ukraynada "Covid-19"dan ölənlərin sayı 564-ə, yoluxanların sayı isə 19 min 230-a yüksəlib. 2 nəfərin öldüyü Ukrayna Silahlı Qüvvələrində daha 45 nəfərdə virus aşkarlandığı, 82 xəstənin sağaldığı, 143 nəfərin isə karantində olduğu bildirilib.

Epidemiya nəticəsində 985 nəfərin öldüyü Pakistanda "Covid-19" virusuna tutulanların sayı son 24 saatda  min 931 nəfər artaraq 45 min 897-ə çatıb.
35 nəfərin öldüyü Qazaxıstanda yoluxmaların sayı 6 min 969-a çatıb. Paytaxt Nur Sultan şəhərində karantin tədbirləri yumşaldılmaqda davam edərkən, sanitar qaydalarına riayət olunmaq şərti ilə ticarət mərkəzləri və hamamlar açılıb.
Ermənistanda ölənlərin sayı 67-yə, yoluxmaların sayı 5 min 271-ə çıxıb.
Qırğızıstanda "Covid-19" səbəbiylə 14 nəfər ölüb, yoluxmaların sayı 1 280 olub. Ölkədə Əhali, Ailə, Qeydiyyat və Vətəndaşlıq İşləri İdarələri, Ticarət mərkəzləri, geyim, ayaqqabı, mebel dükanları, heyvan bazarları və sağlamlıq mərkəzləri sabah fəaliyyətə başlayacaq.
12 nəfərin öldüyü Gürcüstanda yoluxmaların sayı 716-ya yüksəlib.
Özbəkistanda epidemiya səbəbiylə 13 nəfər ölüb, yoluxmaların sayı 2 min 880-ə çıxıb. Prezident Mirziyoyev bu günə qədər xaricdən 39 min vətəndaşın ölkəyə gətirildiyini və 12 min vətəndaşın təxliyəsi üzərində işlərin davam etdiyini açıqlayıb.
Tacikistanda virusa görə bu günə qədər 41 nəfər ölüb, 1 936 yoluxma aşkarlanıb. Xarici İşlər Nazirliyi Rusiyadan 213 vətəndaşın təxliyə edildiyini və müxtəlif səbəblərdən ölən 28 vətəndaşın cənazələrinin ölkəyə gətirildiyini açıqlayıb.
Moldovada "Covid-19"dan ölənlərin sayı 224-ə, yoluxmaların sayı 6 min 340-a çıxıb.



Әlaqәli Xәbәrlәr