Talibanın hücumu nәticәsindә 8 nәfәr hәlak olub

Bu barәdә Loqar Valiliyinin sözçüsü Didar Lavanq mәlumat verib.

1419106
Talibanın hücumu nәticәsindә 8 nәfәr hәlak olub

 

 

Taliban silahlılarının Әfqanıstanın Loqar vilayәtindәki mәdәnә tәşkil etdiyi silahlı hücum nәticәsindә 8 tәhlükәsizlik xidmәti әmәkdaşı hәlak olub.

Bu barәdә Loqar Valiliyinin sözçüsü Didar Lavanq mәlumat verib. O, hücumun  Loqar vilayәtinin Mәhәmmәd Ağa qәsәbәsindә törәdildiyini açıqlayıb.

Didar Lavanq hücum zamanı 7 tәhlükәsizlik xidmәti әmәkdaşının da xәsarәt aldığını deyib.

Taliban hücumla bağlı açıqlama vermәyib.

Digәr tәrәfdәn silahlıların aprelin 22-dә dә mәdәnә tәşkil etdiyi hücumda  8 tәhlükәsizlik xidmәti әmәkdaşı hәlak olmuşdu.



Әlaqәli Xәbәrlәr