Koronavirusa yoluxanların sayı 4 milyonu keçib

Yeni növ koronavirusdan indiyәdәk hәyatını itirәnlәrin sayı 313 mini keçib. Mәlumata görә, virusa yoluxanların ümumi sayı 4 milyon 736 mini, sağalanların sayı da 1 milyon 818 mini ötüb.

1418669
Koronavirusa yoluxanların sayı 4 milyonu keçib

Yeni növ koronavirusdan indiyәdәk hәyatını itirәnlәrin sayı 313 mini keçib. Mәlumata görә, virusa yoluxanların ümumi sayı 4 milyon 736 mini, sağalanların sayı da 1 milyon 818 mini ötüb.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında virus qurbanlarının sayı 90 mini keçib. Virus sәbәbindәn çox sayda adamın vәfat etdiyi  Nyu-York şәhәrinin valise Enryu Kuomo ‘‘Covid-19’’la  mübarizәni dәstәklәyәcәk qanun layihәsinin Senat tәrәfindә әn qısa zamanda tәsdiq edilmәsinin vacibliyini vurğulayıb.Ölkәdә azı 24 Türkiyә vәtәndaşı koronavirusdan vәfat edib.

Koronavirusun Avropadakı mәrkәzi olan İngiltәrәdә isә epidemiya sәbәbindәn 34 min 400 adam vәfat edib. Ölkәdә virusla bağlı görülәn tәdbirlәrә öz etirazını bildirәn onlarla adam ‘‘Hayd’’ parkında etiraz aksiyası keçirib. Aksiya zamanı altı aksiyaçı saxlanılıb.

İspaniyada koronavirus qurbanlarının sayı sutka әrzindә 87 artaraq 27 mini keçib.

İtaliyada epidemiya qurbanlarının sayı gün әrzindә 153 nәfәr artaraq 31 min 763-ә, infeksiyaya yoluxanların sayı da 70 min 187-ә enib.

Fransada yeni növ koronavirusdan hәyatını itirәnlәrin sayı sutka әrzindә 96 artaraq 27 min 625-ә yüksәlib.

Braziliyada yeni növ koronavirusdan hәyatını itirәnlәrin sayı 845 artaraq 15 min 662-ә yüksәlib.

Kanadada koronavirus qurbanlarının sayı 5 min 782-ә yüksәlib.

Belçikada koronavirusdan hәyatını itirәnlәrin sayı 9 mini ötüb.Ölkәdә infeksiyaya yoluxanların sayı da 55 min 280-ә yüksәlib.

 

 

 



Әlaqәli Xәbәrlәr