ABŞ-ın ən bahalı təyyarəsi qəzaya uğradı

Təyyarənin düşmə səbəbi araşdırılır

1418431
ABŞ-ın ən bahalı təyyarəsi qəzaya uğradı

 

  ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-22 Raptor” qırıcı təyyarəsi Florida ştatında qəzaya uğrayıb.

  Amerika inventarında ən inkişaf etmiş təyyarələrdən biri olan “F-22 Raptor”un gündəlik təlim üçün Floridanın Eglin aviabazasından havaya qalxdıqdan qısa müddət sonra düşdüyü bildirilir.

  Bazadan 19 kilometr məsafədə qəzaya uğrayan təyyarənin pilotu oturacaq yerini açma üsulu ilə xilas olub.

  Təyyarənin düşmə səbəbi araşdırılır.

  Qeyd edək ki, dəyəri 150 milyon dollar olan F-22 təyyarələri ABŞ ordusu inventarından ən bahalı təyyarə sayılır və Amerika onrarı heç bir ölkəyə satmır.



Әlaqәli Xәbәrlәr