ÜST Afrika qitəsində yeni növ koronavirusun yayılmasına dair xəbərdarlıq etdi

Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın qitədə kifayət qədər qidalana bilməyən 200 milyondan çox insanın vəziyyətini daha da pisləşdirdiyini bildirib.

1417628
ÜST Afrika qitəsində yeni növ koronavirusun yayılmasına dair xəbərdarlıq etdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika üzrə direktoru Dr. Matşidiso Moeti yeni növ koronavirus (Covid-19) pandemiyasının qitədə kifayət qədər qidalana bilməyən 200 milyondan çox insanın vəziyyətini daha da pisləşdirdiyini bildirib. 
Moeti telekonfrans vasitəsilə keçirdiyi mətbuat brifinqində Afrikada qida təhlükəsizliyinin təcili vəziyyət olduğunu ifadə edərək, kifayət səviyyədə qidalana bilməyənlərin immunitet sistemlərinin daha zəif olduğunu vurğulayıb.
200 milyon insan üçün hələ də kifayət qədər qidanın əlçatan olmadığını qeyd edən Moeti ""Covid-19" vəziyyəti daha da pisləşdirir. 70 mindən çox yoluxma faktı bildirən Afrika ölkələrində təqribən 2 min 500 nəfər həlak olub" deyib.



Әlaqәli Xәbәrlәr