Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyasından indiyәdәk hәyatını itirәnlәrin sayı 303 min, 438-i yoluxanların sayı 4 milyon 527 mini keçib. Sağalan xəstə sayı isә 1 milyon 706 min 174-ə çatıb.

1417647
Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyasından indiyәdәk hәyatını itirәnlәrin sayı 303 min, 438-i yoluxanların sayı 4 milyon 527 mini keçib. Sağalan xəstə sayı isә 1 milyon 706 min 174-ə çatıb. 

4 min 633 nəfərin həlak olduğu Çində yoluxmaların sayı 82 min 933'e yüksəlib. Son 24 saat ərzində ölkədə 4 yeni yoluxma faktı aşkarlanıb, yeni ölüm faktı qeydə alınmayıb.
Bu günə qədər Cənubi Koreyada epidemiya səbəbiylə 260 nəfər ölüb, virusa yoluxanların sayı 11 min 18 olub. Son 24 saat ərzində ölkədə 27 yoluxma hadisəsi aşkar edilib, ölən olmayıb.
İlk yoluxmanın martın 2-də qeydə alındığı Tunisdə hökumət bu gündən etibarən yeni növ koronavirus məhdudiyyətlərini yumşaltmaya başlayacaqlarını açıqlayıb.
2649 can itkisinin olduğu Hindistanda yoluxma hallarının sayı 81 min 705-ə yüksəlib. Arakanlı müsəlmanların yaşadığı Banqladeşin Coxun Bazar bölgəsindəki düşərgədə ilk yeni növ koronavirus (Covid-19) aşkarlanıb, 2 nəfər karantinə alınıb. Bu günə qədər Koksun Bazar şəhərində 132 nəfərdə "Covid-19" aşkar edilmişdi.
 283 itkinin olduğu Banqladeşdə yoluxmaların sayı 18 min 863-ə yüksəlib.
23 nəfərin öldüyü və 2 189 yoluxmanın olduğu Seneqalda hökümətin ibadət yerlərinin açılmasına icazə verməsinə baxmayaraq, dini qurumlar "Covid-19" ilə mübarizənin bir hissəsi olaraq məscidlərin bağlı qalması və cümə namazının indilik camaatla qılınmaması qərarına gəlib.

Bəzi ölkələrdə "Covid-19" səbəbiylə ölənlərin sayı belədir:

"İran 6 min 854, Rusiya 2 min 418, Pakistan 803, Ukrayna 476, Səudiyyə Ərəbistanı 283, Birləşmiş Ərəb Əmirlikləri 208, Ermənistan 52, Qazaxıstan 34, Qırğızıstan 14 və Qətər 14".
Ölüm sayının 11 olduğu və yoluxma hallarının 2 min 652 olduğu Özbəkistanda 15 martda ölkə daxilində elan edilən karantin müddəti 1 iyun tarixinə qədər uzadılıb. Digər tərəfdən, ölkədə virusa qarşı tədbirlərinin yumşaldılması çərçivəsində biznesmenlərə, sənətkarlara, əmlak agentləri və mühasibatlıq ofislərinə, nəqliyyat vasitələri və elektron əşyalar təmirçilərinə bu gündən sonra açılmalarına icazə verilib. 



Әlaqәli Xәbәrlәr