İsraildə koalisiya hökumətinə qarşı etirazlar davam edir

İsrailin baş naziri Binyamin Netanyahu və Mavi-Ağ İttifaqın sədri Benni Qantzın (Benny Gantz) qurduğu koalisiya hökumətinə qarşı ölkədə nümayişlər davam edir.

1417844
İsraildə koalisiya hökumətinə qarşı etirazlar davam edir

 

  İsrailin baş naziri Binyamin Netanyahu və Mavi-Ağ İttifaqın sədri Benni Qantzın (Benny Gantz) qurduğu koalisiya hökumətinə qarşı ölkədə nümayişlər davam edir.

  Netanyahu və Qantzın imzaladığı koalisiya sazişinə qarşı çıxan nümayişçilər Qərbi Qüdsdəki İsrail parlamenti qarşısında etiraza qalxıblar. Fərqli qrupların ortaq təşkil etdiyi nümayişdə işğal altındakı İordan çayının Qərb sahillərində qanunsuz yəhudi yaşayış məntəqələrinə qarşı mesajlar səslənib, Netanyahunun şəkli altında "cinayət naziri" yazılı plakatlar yer alıb.

  Polisin sıx təhlükəsizlik tədbirləri gördüyü nümayiş zamanı etirazçılar tez-tez Netanyahunu istefaya çağıran şüarlar atıblar. Onlar təhlükəsizlik barrikadalarını aşaraq parlamentə daxil olmağa cəhd etdikləri zaman polislə qarşıdurma yaranıb.

  Qeyd edək ki, Netanyahu və Qantz tərəfindən qurulan koalisiya hökumətinin üzvləri 14 mayda andiçmə mərasimilə vəzifələrini qəbul etməli idilər, lakin baş nazirin tələbilə mərasim bazar gününə keçirilib. İsrail mətbuatının yazdığına görə, Netanyahunun Likud partiyasının bəzi deputatlarına təklif etdiyi nazir postları onların xoşlarına gəlməyib, partiyada narazılıq yarandığı üçün andiçmə mərasimi təxirə salınıb.



Әlaqәli Xәbәrlәr