Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Çindә son günlәrdә koronavirusa yoluxanların sayı artıb.

1416870
Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

 

Yeni növ koronavirus epidemiyasından indiyәdәk hәyatını itirәnlәrin sayı 300 minә, yoluxanların sayı 4 milyon 400 minә, sağalanların sayı isә 1 milyon 621 minә çatıb.

Çindә son günlәrdә koronavirusa yoluxanların sayı artıb.Ölkәdә indiyәdәk koronavirusdan hәyatını itirәnlәrin sayı 4 mini, infeksiyaya yoluxanların sayı isә 80 mini keçib.

İraqda epidemiya sәbәbindәn hәyatını itirәnlәrin sayı 115 nәfәrә çatıb. Mәlumata görә, ölkәdә gün әrzindә  119 nәfәr dә yeni növ koronavirusa yoluxub.

Yәmәn Sәhiyyә Nazirliyi ölkәdә koronavirusdan daha iki ölümün qeydә alındığını açıqlayıb. Belәliklә ölkәdә virus sәbәbindәn hәyatını itirәnlәrin sayı 12 nәfәrә yüksәlib.Ölkәdә infeksiyaya yoluxmuş vәtәndaşların sayı da 70-ә çatıb.

Sәudiyyә Әrәbistanında koronavirusdan daha  9 nәfәr hәyatını itirib. Belәliklә ölkәdә indiyәdәk virusdan 273 nәfәr ölüb. Mәlumata görә, ölkәdә infeksiyaya yoluxanların ümumi sayı 40 mini ötüb.

İsraildә koronavirusdan hәyatını itirәnlәrin sayı 264-ә, infeksiyaya yoluxanların sayı isә 16 min 548-ә çatıb.

Belarusda koronavirus qurbanlarının sayı 146 nәfәrә çatıb. Ölkәdә virusa yoluxanların sayı gün әrzindә 952 artaraq 25 min 825-ә çatıb.

Moldovada epidemiyadan hәyatını itirәnlәrin sayı 184-ә çatıb. Ölkәdә infeksiyaya yoluxanların ümumi sayı isә 5 min 406 nәfәrә yüksәlib.

Azәrbaycanda koronavirusdan vәfat edәnlәrin sayı 35-ә yüksәlib, infeksiyaya yoluxanların sayı isә 2 min 758-ә çatıb.

Özbәkistanda epidemiya sәbәbindәn 10 nәfәr hәyatını itirib. Ölkәdә virusa yoluxanların ümumi sayı da 2 min 596-a yüksәlib.

Tacikistanda koronavirus qurbanlarının sayı 23-ә, infeksiyaya yoluxanların sayı da 801-ә çatıb. 

Tünisdә koronavirusdan 45 nәfәr hәyatını itirib.Ölkәdә infeksiyaya yoluxanların sayı 1032 nәfәrә yüksәlib.

Ukraynada yeni növ koronavirus epidemiyası sәbәbindәn vәfat edәnlәrin sayı 439-a, virusa yoluxanların ümumi sayı isә 16 min 425-ә yüksәlib.

Әlcәzairdә koronavirusdan 515 nәfәr ölüb, daha 6 min 67 nәfәr dә epidemiyaya yoluxub.

Sudanda epidemiya qurbanlarının sayı 80-ә, virusa yoluxanların sayı da 1818-ә çatıb.

Afrika qitәsindә epidemiyadan hәyatını itirәnlәrin sayı 2 min 400-ü, yoluxanların sayı da 69 min 947-ni keçib.

Cәnubi Afrikada  epidemiyadan hәyatını itirәnlәrin sayı 219-a, infeksiyaya yoluxanların sayı da 12 min 74-ә çatıb.

Misirdә epidemiya qurbanlarının sayı 556-ya, virusa yoluxanların sayı da 10 min 431-ә çatıb.

Lesotoda koronavirusdan ilk ölüm qeydә alınıb.

Mәrakeşdә koronavirusdan ölәnlәrin sayı 188-ә, Nigeriyada 164-ә, Kamerunda 136-ya, Somalidә 52-ә, Qanada 24-ә, Kot-d'İvuarda 24-ә, Seneqalda 21-ә, Qvineyada 14-ә, Qabonda 9-a vә Cibutidә 3-ә yüksәlib.

Yaponiyada koronavirusdan ölәnlәrin sayı 715-ә, infeksiyaya yoluxanların sayı da 16 min 883-ә çatıb. Yaponiyada virusla bağlı elan edilәn fövqvladә vәziyyәt rejimi ölkәnin 39 prefekturasında aradan qaldırılıb.

 

 

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr