Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Dünyada koronavirusa yoluxanların sayı 4 milyon 362 min 700-ü, bu virusdan ölənlərin sayı isə 293 mini keçib.

1416480
Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Dünyada koronavirusa yoluxanların sayı 4 milyon 362 min 700-ü, bu virusdan ölənlərin sayı isə 293 mini keçib. İndiyədək  bir milyon 613 min 300 nəfər sağalıb.
"Covid-19" pandemiyası səbəbiylə 691 nəfərin öldüyü və 16 min 759 insanın virusa yoluxduğu Yaponiyada daha 13 ölkəyə sərhədlərini bağlaması ilə sərnişin qəbul edilməyəcək ölkə sayı 100-ə çıxdı. Buna görə, Meksika, Kolumbiya, Uruqvay, Honduras, Baham Adaları, Kabo Verde Respublikası, Qabon, Qvineya Bisau, Sao Tome və Prinsip, Ekvatorial Qvineya, Maldiv adaları, Azərbaycan və Qazaxıstan olmaqla 13 ölkəyə son iki həftədə səyahət keçmişi olan sərnişinlər Yaponiyaya qəbul edilməyəcək. 

Afrika qitəsi miqyasında virus səbəbiylə ölənlərin sayı 2 min 400-ü keçib, 69 min 578 yoluxma faktı qeydə alınıb.  Ümumdünya Səhiyyə Təşkilatı "Covid-19" pandemiyasının qitədə təxminən min tibb işçisinə yoluxduğunu açıqlayıb.
Bəzi ölkələrdə "Covid-19" səbəbiylə can itkisi belədir:
İran 6 min 783, Çin 4 min 633, Hindistan 2 min 415, Ekvador 2 min 327, Rusiya 2 min 116, İndoneziyada min 86, Pakistan 737, Cənubi Koreya 259, Səudiyyə Ərəbistanı 255, Belarus 135, Sinqapur 21 və Qətər 14.
Çində son 24 saatda 7 "Covid-19" yoluxma faktının aşkarlanması ilə infeksiyaya yoluxanların sayı 82 min 926-ya yüksəlib.



Әlaqәli Xәbәrlәr