Mayk Pompeo İsraildә sәfәrdәdir

Mәlumata görә, Mayk Pompeonun tәyyarәsi Tel Әvivdәki Ben Qurion hava limanına enib.

1416351
Mayk Pompeo İsraildә sәfәrdәdir

 

Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Mayk Pompeo İsrailә sәfәr edib.

Mәlumata görә, Mayk Pompeonun tәyyarәsi Tel Әvivdәki  Ben Qurion hava limanına enib.

Sәfәrlә bağlı rәsmi ‘‘Twitter’’sәhifәsindә açıqlama verәn Mayk Pompeo İsraildә olduğu üçün çox mәmnun olduğunu bildirib.

‘‘İki kritik tәhdidә qarşı mübarizә aparırıq: ‘‘Covid-19’’ vә İran. İsrail vә Amerika Birlәşmiş Ştatları bu çәtinliklәrә qarşı yan-yana olacaq’’,-deyә Mayk Pompeo vurğulayıb.

Yerli media orqanlarınin yaydığı xәbәrlәrә әsasәn,  Mayk Pompeonun keçirәcәyi görüşlәrdә İordan çayının qәrb sahilindә yerlәşәn bәzi bölgәlәrin İsrail tәrәfindәn ilhaq planı müzakirә olunacaq.

Qeyd edәk ki, Mayk Pompeo sәfәri çәrçivәsindә baş naziri Binyamin Netanyahu vә Mavi-Bәyaz İttifaqın  lideri Benni Qantsla görüşәcәk.



Әlaqәli Xәbәrlәr