İsrail әsgәrlәrinin sәrt müdaxilәsi nәticәsindә bir fәlәstinli dә şәhid olub

Bu barәdә Fәlәstin Sәhiyyә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

1416383
İsrail әsgәrlәrinin sәrt müdaxilәsi nәticәsindә bir fәlәstinli dә şәhid olub

 

 

İsrail әsgәrlәri işğal altındakı İordan çayının qәrb sahilinin Әl-Halil şәhәrindә bir fәlәstinlini şәhid edib, dörd fәlәstinlini dә yaralayıb.

Bu barәdә Fәlәstin Sәhiyyә Nazirliyindәn verilәn mәlumatda bildirilib. Mәlumatda İsrail әsgәrlәrinin Әl-Halil şәhәrindәki qaçqın düşәrgәsinә basqın tәşkil etdiyi  bildirilib. Basqına reaksiya göstәrәn fәlәstinlilәr ilә İsrail әsgәrlәri arasında baş verәn qarşıdurma zamanı 15 yaşlı bir fәlәstinli şәhid olub, dörd fәlәstinli dә yaralanıb. Yaralanan fәlәstinlilәrin xәstәxanaya çatdırıldığı bildirilib.

Şahidlәr İsrail әsgәrlәrinin qasqın zamanı fәlәstinlilәrә gözyaşardıcı qaz vә hәqiqi güllә ilә müdaxilә etdiyini bildirib. Qarşıdurmanın saatlarla davam etdiyi vurğulanıb.

İşğal altındakı İordan çayının qәrb sahilindә vә Şәrqi Qüdsdәki evlәrә vaxtaşırı basqın tәşkil edәn İsrail әsgәrlәri müxtәlif iddialar irәli sürәrәk fәlәstinlilәri saxlayır.



Әlaqәli Xәbәrlәr