Dünyada koronavirus qurbanlarının sayı 293 mini ötüb

Dünyada koronavirusa yoluxanların sayı 4 milyon 362 min 700-ü, bu virusdan ölənlərin sayı isə 293 mini keçib.

1416418
Dünyada koronavirus qurbanlarının sayı 293 mini ötüb

Dünyada koronavirusa yoluxanların sayı 4 milyon 362 min 700-ü, bu virusdan ölənlərin sayı isə 293 mini keçib. İndiyədək  bir milyon 613 min 300 nəfər sağalıb.
83 min 491 ölüm faktı ilə pandemiyanın mərkəzinə çevrilən ABŞ-da Ağ Ev "Covid-19" epidemiyası səbəbindən şəhərciyə girən bütün jurnalistlərin hər gün sınaqdan keçiriləcəyini açıqlayıb. 
Ağ Ev mayın 11-də  idarəetmə yerlərinin yerləşdiyi Qərb qanadına (West Wing)  gələn işçilərin və qonaqların maska taxmağı məcbur edib. Digər tərəfdən Ağ Evin sözçüsü Mayk Enany isə, sözçüsündə yeni növ koronavirus aşkarlanan vitse-prezident Mayk Pensin şəxsi qərarı səbəbiylə prezident Donald Trumpa yaxınlaşmadığını söyləyib. 
Digər tərəfdən, ölkədə aparılan bir sorğuda iştirak edənlərin 54 faizi prezident Donald Tramp hökumətinin yeni növ koronavirusla mübarizədə kifayətli olmadığına dair fikirlərini bölüşüb. Trampın koronavirusla əlaqəli açıqlamalarına gəldikdə, Respublikaçıların 84 faizi etibar etdiyi, Demokratlardan isə yalnız 4 faizinin inandığı bildirilib. 
Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru  Entoni Fauci epidemiyanın yaratdığı təhlükənin ölkədə davam etdiyini və sürətli bir normallaşma olacağı təqdirdə ölüm və kədərin artacağını deyib. 
Bu arada Nyu-York valisi Andrev Kuomo təxminən 100 uşaqda yeni növ koronavirus ilə əlaqəli olduğu düşünülən "nadir" bir xəstəliyin olduğunu söyləyib. Mətbuat konfransında Kuomo uşaqlara təsir edən "infeksiya sindromu" nun araşdırıldığını bildirib. Bu xəstəlik səbəbiylə 3 uşağın öldüyü açıqlanıb. 
Avropadakı epidemiyanın mərkəzi İngiltərədə yeni növ koronavirus səbəbiylə həyatını itirənlərin sayı 33 min 186-ya yüksəlib. Həyatını itirənlərin 42-nin London Nəqliyyat İdarəsinin işçiləri, 10-nun dəmiryol işçiləri və 150-dən çoxunun sağlamlıq və qocalar evi vəzifəliləri olduğu bildirilib. Ölkədə yoluxmaların sayı 3 min 43 artaraq 226 min 463 olub. Epidemiya ilə mübarizədə tətbiq olunan bəzi məhdudiyyətlər bu gün qaldırılıb və ictimai həyatda normallaşma yolunda ilk addım atılıb. Artıq insanların bayırda daha çox vaxt keçirməsinə icazə veriləcək.
İtaliyada "Covid-19"dan ölənlərin sayı son bir gündə 172 artaraq 30 min 911-ə, yoluxmaların sayı isə 222 min azalma ilə 22 min 266-ya düşüb.
Fransada epidemiya səbəbiylə həyatını itirənlərin sayı son 24 saatda 348 artaraq 26 min 991 nəfərə çatıb, virus aşkarlananların sayı son 24 saatda 2 min 478 artaraq 213 min 662-yə çatıb. "Covid-19" virusuna tutulanların sayının 771 minə yüksəldiyi açıqlanıb.

7 min 756 ölüm faktının qeydə alındığı Almaniyada pandemiya səbəbiylə qurudan sərhəd-keçid məntəqələrində başlayan nəzarət yumşaldılacaq. 
Daxili işlər naziri Horst Seehofer Fransa, İsveçrə və Avstriya ilə sərhəddə nəzarətin iyunun 15-dək uzadıldığını bildirib. Ancaq sözügedən 3 ölkənin sərhədində nəzarətlərin mayın 16-dan başlayaraq  yumlaşdılacağını bildirən Seehofer bu sərhədlərdə sistemli nəzarətin olmayacağını və bütün sərhəd-keçid məntəqələrinin açılacağını qeyd edib. 
Cənubi Amerika ölkəsi Braziliyada "Covid-19" virusundan ölüm halları 12 min 461 nəfərə, yoluxanların sayı isə 178 min 214-ə yüksəlib.
Digər bəzi ölkələrdə ölənlərin sayı belədir:
İspaniya 27 min 104, Belçika 8 min 843, Hollandiya 5 min 510, Kanada 5 min 169, Meksika 3 min 926, İsveç 3 min 313, Peru 2 min 57, İsveçrə min 867, İrlandiya min 488, Portuqaliya min 163, Çili 323.



Әlaqәli Xәbәrlәr