Koronavirusdan sağalanların sayı 1 milyonu keçib

Yeni növ koronavirus epidemiyasından indiyәdәk hәyatını itirәnlәrin sayı 280 mini, yoluxanların sayı 4 milyonu, sağalanların sayı isә bir milyonu keçib.

1415331
Koronavirusdan sağalanların sayı 1 milyonu keçib

 

 

Yeni növ koronavirus epidemiyasından indiyәdәk hәyatını itirәnlәrin sayı 280 mini, yoluxanların sayı 4 milyonu, sağalanların sayı isә bir milyonu keçib.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında epidemiya qurbanlarının sayı 80 mini, infensiyaya yoluxanların sayı isә bir milyonu keçib. ABŞ prezidenti Donald Tramp isә epidemiyaya yoluxanların sayında azalmanın müşahidә olunduğunu deyib.

Virusun Avropadakı mәrkәzi olan İngiltәrәdә  baş naziri Boris Conson yeni növ kornavirusla bağlı görülәn tәdbirlәrin necә aradan qaldırılacağını göstәrәn 50 sәhifәlik yol xәritәsi yayımlayıb. Boris Conson bildirib ki, epidemiyaya qarşı peyvәnd bir il әrzindә hazırlana bilәr. Boris Conson hәmçinin epidemiyaya qarşı dәrmanın hazırlanmama ehtimalının da olduğunu deyib.Hökumәt vәtәndaşlara maska taxmaları ilә әlaqәdar  çağırış edib.

İspaniyada koronavirusdan hәyatını itirәnlәrin sayı 26 mini keçib. 

İtaliyada koronavirusdan vәfat edәnlәrin sayı gün әrzindә 179 artaraq  30 mini keçib. Ölkәdә virusa yoluxanların sayı 82 min 488-ә enib.

Fransada epidemiya nәticәsindә dünyasını dәyişәnlәrin sayı son 24 saatda 263 artaraq 26 mini, infeksiyaya yoluxanların sayı isә 456 artaraq 211 mini keçib.

Almaniyada epidemiya nәticәsindә dünyasını dәyişәnlәrin sayı 7 mini, infeksiyaya yoluxanların sayı da 172 mini keçib. Bu ölkәdә koronavirus nәticәsindә hәyatını itirәn Türkiyә vәtәndaşlarının sayı 152-ә yüksәlib.

Mәlumata görә, İsveçrәdә restoran, mağaza, kafe vә bәzi mәktәblәr açılıb.

Braziliyada koronavirusdan gün әrzindә hәyatını itirәnlәrin sayı 530 nәfәrә çatıb.Belәliklә ölkәdә epidemiya nәticәsindә hәyatını itirәnlәrin sayı 11 min 653-ә yüksәlib. Ölkәdә epidemiyaya yoluxanların ümumi sayı isә 169 min 594-ә çatıb.

Meksikada koronavirus qurbanlarının sayı 3 mini, infeksiyaya yoluxanların sayı da 36 mini keçib.

Avstraliyada koronavirus sәbәbindәn hәyatını itirәnlәrin sayı 44 nәfәrә çatıb. Ölkәdә son 24 saatda epidemiyadan ölüm faktı qeydә alınmayıb.

 

 



Әlaqәli Xәbәrlәr