Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Dünyada epidemiyadan ölәnlәrin sayı 283 mini, yoluxanların sayı 4 milyon 200-ü, sağalanların sayı isә bir milyon 500-ü keçib.

1414638
Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Dünyada epidemiyadan ölәnlәrin sayı 283 mini, yoluxanların sayı 4 milyon 200-ü, sağalanların sayı isә bir milyon 500-ü keçib.

Rusiyada "Covid-19" virusundan ölənlərin sayı son 24 saatda 94 artaraq 2 min 9-a çatıb, yoluxmaların sayı rekord artaraq 11 min 656-dan 221 min 344-ə çıxıb.
Əlcəzairdə "Covid-19" virusundan hәyatını itirәnlәrin sayı 502-yə, yoluxmaların sayı 5 min 723-ә yüksəlib. Ölkədə tədris ilinin başa çatdığı açıqlanıb.
İsraildə "Covid-19" infeksiyasından ölәnlәrin sayı 252-yə, yoluxanların sayı 16 min 477-ə yüksəlib.
Misirdə 525, Səudiyyə Ərəbistanında 246, Banqladeşdə 228, Mərakeşdə 188, İraqda 109, Sudanda 64, Küveytdə  58-ə, Çadda 31-ə və Qətərdə 14- çıxıb.

İndiyə qədər 256 nəfərin öldüyü Cənubi Koreyada 24 saat ərzində 35 yeni "Covid-19" yoluxma faktı aşkarlanıb, yoluxmaların ümumi sayı 10 min 909-a yüksəlib. 
Beləliklə aprelin 9-dan bəri ölkədə ən yüksək gündəlik "Covid-19" yoluxma faktı müşahidə edilib.

İranda koronavirus qurbanlarının sayı 6 min 685-ə çatıb.Ölkədə sabahdan etibarən dini məkanların açılacağı bildirilir.

8 nəfərin koronavirusdan həyatını itirdiyi Yəməndə infeksiyaya yoluxanların sayı 51 nəfərə çatıb. Ölkə rəhbərliyi Әdən şəhərini ''epidemiya zonası'' elan edib.

Bəzi ölkələrdə can itkisi aşağıdakı kimi qeyd edildi:

İran 6 min 685, Çin 4 min 633, Hindistan 2 min 212, Rusiya 1915, İndoneziya 973, Filippin 719, Pakistan 667, Yaponiya 637, Ukrayna 391, Səudiyyə Ərəbistanı 246, Banqladeş 228, Serbiya 215, Birləşmiş Ərəb Əmirlikləri 198, Cənubi Afrika Respublika 194, Belarusiya 131, Sinqapur 20, Qətər 14.



Әlaqәli Xәbәrlәr