Dünyada pandemiyadan ölәnlәrin sayı 284 mini keçib

Dünyada epidemiyadan ölәnlәrin sayı 284 mini, yoluxanların sayı 4 milyon 200-ü, sağalanların sayı isә bir milyon 500-ü keçib.

1414571
Dünyada pandemiyadan ölәnlәrin sayı 284 mini keçib

Dünyada epidemiyadan ölәnlәrin sayı 283 mini, yoluxanların sayı 4 milyon 200-ü, sağalanların sayı isә bir milyon 500-ü keçib.
80 min 807 nәfәrin hәlak olması ilә pandemiyanın mәrkәzinә çevrilәn ABŞ-da "Covid-19" virusundan ölənlərin sayının ən yüksək olduğu Nyu-York ştatında 27 martdan bəridin ən aşağı ölüm halı qeydə alınıb. Son 24 saatda 207 nəfərin virusdan həyatını itirdiyi ştatda 521 nəfərdə isə virus aşkarlanıb. 

Kosovo baş naziri Albin Kurti bu gündən etibarən özünü karantinə aldığını bildirib.
Epidemiyanın Avropadakı mərkəzi olan İngiltərədə "Covid-19" səbəbiylə həyatını itirənlərin sayı son bir gündə 210 artaraq 32 min 65-ə çatıb.
Eyni müddətdə 3 min 923 yeni yoluxma aşkarlanıb, bununla da ölkədə virusa yoluxanların sayı 219 min 183-ə yüksəlib.
 Baş nazir Boris Consonun xalqa müraciətində elan etdiyi yeni növ koronavirus məhdudiyyətlərini yumşaltma qərarı məşq üçün bayıra çıxma sayının artarılması ilə tikinti və fabrik işçiləri kimi evdən işləmək imkanı olmayan insanların işləməsinə icazə verməklə məhdud qalıb.
İtaliyada "Covid-19" virusundan ölənlərin sayı son 24 saatda 165 nəfər artaraq 30 min 560-a, aktiv "Covid-19" infeksiyasına yoluxma hadisələrinin sayı 518 azalaraq 83 min 324-ə çatıb. 
Baş nazir Cüzeppe Konte "Corriere della Sera" qəzetinə açıqlamasında növbəti ayların italiyalılar üçün çətin olacağını, ancaq yay aylarının "Covid-19" səbəbiylə karantində keçməyəcəyini, hər kəsin dənizə və ya dağa gedə biləcəyini söyləyib.
Fransadakı epidemiya səbəbiylə həyatını itirənlərin sayı son 24 saatda 70 nəfər artaraq 26 min 380 nəfərə çatıb, virus aşkarlananların sayı 209 nəfər artaraq 210 min 728-ə yüksəlib.
Fransada ölüm sayının gündəlik artımı 17 martdan bu yana ən aşağı səviyyədədir. Ölkədə "Covid-19" pandemiyası ilə əlaqədar görülən tədbirlər bu gündən etibarən tədricənqaldırılır. 
7 min 569 ölüm faktının qeydә alındığı Almaniyada yoluxucu xəstəliklər sahəsində tədqiqatlar aparan Robert Koch İnstitutu (RKI) yeni növ koronavirusun yoluxma nisbətinin ölkədə 0,65-dən 1,1-ə yüksəldiyini bildirib. Bunun narahatlıq doğurduğu bildirilən açıqlamada sosial məsafə, maska taxmaq kimi profilaktik tədbirlərə riayət edilməli olduğu vurğulanıb. Kansler Angela Merkel aprelin 15-də keçirdiyi mətbuat konfransı zamanı xəbərdarlıq etdi ki, yoluxma nisbəti 1,1-ə yüksələcəyi və bu səviyyədə qalacağı təqdirdə səhiyyə sisteminin oktyabr ayında tutumunu keçəcək.
Çex Respublikasında ölənlərin sayı 276, virusa yoluxanların sayı isə 8 min 95 olub.
Polşada epidemiya səbəbindən ölənlərin sayı 791-ə, yoluxanların sayı isə 15 min 821-ə yüksəlib. Serbiyada virus səbəbindən 215 nəfər ölüb, yoluxma hallarının sayı 10 min 114-ə çıxıb.

Bir sıra digər Avropa ölkələrində itkilərin sayı belədir:
İspanya 26 min 744, Belçika 8 min 656, Hollandiya 5 min 440, Kanada 4 min 870, İsveçrə min 830, Portuqaliya min 135, İsveç 3 min 225, Avstriya 618, Rumıniya 962, Danimarka 529, Finlandiya 267, Macarıstan 413, Xorvatiya 90, Sloveniya 102, Bosniya və Herseqovina 107, Şimali Makedoniya 91, İrlandiya min 458, Portuqaliya  min 135.

Cənubi Amerika ölkəsi Braziliyada isə son 24 saat ərzində yeni növ koronavirus epidemiyası səbəbiylə 496 adamın ölümü ilə ölənlərin sayı 11 min 123-ə yüksəlib. Ölkədə "Covid-19" virusuna yoluxanların sayı da 6 min 670 artaraq 162 min 699-a çatıb. Cənubi Amerika ölkələrinin bəzilərində həlak olanların sayı belədir: 
Meksika 3 min 465, Ekvador 2 min 127, Peru min 889, Dominik Respublikası 388, Çili 312, Kolumbiya 463.



Әlaqәli Xәbәrlәr