Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Epidemiya sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 280 mini, yoluxanların sayı 4 milyonu, sağalanların sayı isә 1 minyonu keçib.

1414124
Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

 

Yeni növ koronavirus epidemiyası yayılmağa davam edir. Epidemiya sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 280 mini, yoluxanların sayı 4 milyonu, sağalanların sayı isә  1 minyonu keçib.

Çindә yeni növ koronavirusdan hәyatını itirәnlvrin sayı 4 mini, infeksiyaya yoluxanların sayı isә 80 mini keçib. Ölkә koronavirusla mübarizә çәrçivәsindә Şimali Koreyaya dәstәk vermәyv hazır olduğunu bildirib.

Şimali Kıbrıs Türk Cümhuriyyәtinin baş nazirinin müavini vә xarici işlәr naziri Özersayın Ümumdünya Sәhiyyә Tәşkilatına ünvanladığı mәktubda deyilir: ''ŞKTC-dә 19 gündür epidemiyaya yoluxan olmayıb. ŞKTC-dә koronavirusla bağlı müalicә olunan bütün xәstәlә evә buraxılıb''.

İsraildә koronavirus qurbanlarının sayı 247-ә, infeksiyaya yoluxanların sayı da 16 min 454-ә yüksәlib.

Afrika qitәsindә yeni növ koronavirusdan ölәnlәrin sayı 77 artaraq 2 min 151-ә çatıb. Afrika Epidemiyaya Nәzarәt Mәkәzindәn verilәn mәlumata görә, qitәdә gün әrzindә  epidemiyaya yoluxanların sayı 3 min 719 artaraq 57 min 746-a yüksәlib.

Misirdә koronavirus qurbanlarının sayı 514-ә, Әlcәzairdә 494-ә, Mәrkeşdә 186-a, Cәnubi Afrikada 178-ә, Nigeriyada 117-ә vә Kamerunda 108-ә yüksәlib.

Cәnubi Afrika, Qana, Misir, Kamerun, Әlcәzair, Nigeriya, Mәrakeşdә koronavirusa yoluxanların sayının çox yüksәk olduğu bildirilir.

Sәudiyyә Әrәbistanında koronavirusdan vәfat edәnlәrin sayı 185-ә, Küveytdә 49-a, Tunisdә 45-ә, Qәtәrdә 13-ә, Omanda 17-ә, Yәmәndә 7-ә vә İraqda 107-ә çatıb.

Epidemiya sәbәbindәn digәr ölkәlәrdә hәyatını itirәnlәrin sayı isә belәdir:

İranda epidemiya qurbanlarının sayı 5 min 422-ә, Hindistanda 2 min 101-ә, Rusiyada 1827-ә, Bәhreyndә 8-ә yüksәlib.

 



Әlaqәli Xәbәrlәr