Polis mәntәqәsinә hücum edildi, ölәnlәr var

Bu barәdә Bәlh Polis İdarәsinin mәtbuat katibi Adilşah Adil mәlumat verib

1414278
Polis mәntәqәsinә hücum edildi, ölәnlәr var

 

Әfqanıstanın şimalındakı Bәlh vilayәtindә Taliban silahlıları tәrәfindәn polis mәntәqәsindә tәşkil edilәn hücum nәticәsindә dörd tәhlükәsizlik xidmәti әmәkdaşı hәlak olub.

Bu barәdә Bәlh Polis İdarәsinin mәtbuat katibi Adilşah Adil mәlumat verib. Mәlumata görә, hücum Bәlh vilayәtinin Yusif bölgәsindә törәdilib. Hücum zamanı yeddi tәhlükәsizlik xidmәti әmәkdaşının da yaralandığı bildirilib. Hücumdan sonra baş verәn qarşıdurma nәticәsindә Talibanın da itki verdiyi vurğulanıb.

Taliban hücumla bağlı açıqlama vermәyib.



Әlaqәli Xәbәrlәr