Mayk Pompeo İsrailә sәfәr edәcәk

Amerika Birlәşmiş Ştatları dövlәt katibi Mayk Pompeo İsrailә sәfәr edәcәk.

1414121
Mayk Pompeo İsrailә sәfәr edәcәk

 

Amerika Birlәşmiş Ştatları dövlәt katibi Mayk Pompeo İsrailә sәfәr edәcәk.

Bu barәdә Amerika Birlәşmiş Ştatları Dövlәt Departamentindәn verilәn mәlumatda bildirilib. Mәlumatda dövlәt katibi Mayk Pompeonun mayın 13-dә İsrailә sәfәr edәcәyi vurğulanıb.

Mәlumatda hәmçinin bildirilib ki, Pompeo sәfәr çәrçivәsindә İsrail baş naziri Binyamin Netanyahu vә parlament spikeri Benni Qantsla regional tәhlükәsizlik mәsәlәlәrini vә İsrailin yeni növ koronavirusa qarşı apardığı mübarizәni müzakirә edәcәk.

Qeyd edәk ki,  sәfәrlә bağlı әtraflı mәlumat verilmәyib.



Әlaqәli Xәbәrlәr