Antonio Quterreş "Covid-10" pandeyimasının ayrı-seçkilik etmədiyini, amma...

BMT-nin baş katibi yeni növ koronavirusun ayrı-seçkilik etməməsinə rəğmən cəmiyyətlər arasında  nifrət ifadələri və ksenofobiyanı artdığı barədə xəbərdarlıq edib.

1413154
Antonio Quterreş "Covid-10" pandeyimasının ayrı-seçkilik etmədiyini, amma...

BMT-nin baş katibi Antonio Quterreş yeni növ koronavirusun (Covid-19) ayrı-seçkilik etməməsinə rəğmən cəmiyyətlər arasında  nifrət ifadələri və ksenofobiyanı artdığı barədə xəbərdarlıq edib.
Quterreş video mesajında ""Covid-19" kim olduğumuza, harada yaşadığımıza və nəyə inandığımıza baxmır amma, nifrət, ksenofobiya, günahlandırma və qorxu carçılığı, sunami kimi yayılmağa davam edir" deyib.
Koronavirus səbəbilə onlayn platformada və küçələrdə ksenofobiyanın, antisemitik sui-qəsd nəzəriyyələrinin və müsəlmanlara qarşı hücumların artdığını qeyd edən Quterreş mühacir və qaçqınlara virusun mənbəyi kimi baxıldığını və müalicədən məhrum olduqlarını bildirib.
Quterreş jurnalistlərin, səhiyyə işçilərinin və insan hüquqları fəallarının hədəf göstərildiklərinə diqqət çəkərək "Cəmiyyətimizin nifrət virusuna qarşı immunitetini gücləndirməliyik" deyib.
Siyasətçilərə və liderlərə cəmiyyətlərilə bütövlüqdə həmrəy olmağa çağıran Quterreş sosial media şirkətlərini bütün irqçi, qadın düşmənçiliyi (misoginist) və digər zərərli bütün məzmunları bu onlayn platformalardan çıxarmağa dəvət edib.



Әlaqәli Xәbәrlәr