BMT kasıb ölkәlәrә yardım planını açıqlayıb

Birləşmiş Millətlər Təşkilatı yeni növ koronavirus (Covid-19) epidemiyasının 3-6 ay ərzində dünyanın ən kasıb ölkələrində zirvəyə çatacağı ilә bağlı xәbәrdarlıq edib.

1412450

BMT  mart ayında Antonio Quterreşin koronavirusla mübarizә çәrçivәsindә elan edilən 2 milyard dollarlıq qlobal yardım planını genişləndirib.

BMT baş katibinin humanitar mәsәlәlәr üzrә  müavini Mark Lovkuk epidemiyanın 3-6 ay ərzində dünyanın ən kasıb ölkələrində zirvəyə çatacağını tәxmin etdiklәrini bildirib.

Bu ölkələrdə ən qısa müddətdə tədbirlər görülməsə  epidemiyanın münaqişə, yoxsulluq və qıtlığa səbəb olacağı ilә bağlı xәbәrdarlıq edәn Lovkuk  epidemiyanın müdafiәsiz  və kövrək ölkələrdə yayılmasının qarşısını almaq üçün 6,7 milyard dollar vәsaitә ehtiyac olduğunu deyib.

Qeyd edәk ki, BMT-nin yardım proqramlarına epidemiyalarla mübarizə dövründə 9 yeni ölkə (Benin, Cibuti, Liberiya, Mozambik, Pakistan, Filippin, Syerra Leone, Toqo və Zimbabve)  əlavə edilib.

Әlaqәli Xәbәrlәr