Liviya ordusu Vatiyyə hərbi bazasına 24 zərbə endirib

Liviya ordusunun rəsmi nümayəndəsi podpolkovnik Muhammed Kunununun verdiyi məlumata görə

1411722
Liviya ordusu Vatiyyə hərbi bazasına 24 zərbə endirib

 

  Liviya ordusunun hava qüvvələri paytaxt Tripolinin cənub-qərbində yerləşən Vatiyyə hərbi bazasına 24 hava əməliyyatı təşkil edib.

  Liviya ordusunun rəsmi nümayəndəsi podpolkovnik Muhammed Kunununun verdiyi məlumata görə, 5 maydan etibarən Vatiyyə hava bazası istiqamətinə 24 hava əməliyyatı təşkil edilib, “Grad” raketi yerləşdirilmiş 2 maşın və müxtəlif növ silah-sursat məhv olunub.

  Qeyd edək ki, Liviya ordusu mayın 5-i səhərdən ölkənin şərqindəki qanunsuz silahlı qüvvələrin başçısı Xəlifə Hafter milisinin işğalı altında olan Vatiyyə hava bazasını ələ keçirmək üçün əməliyyata başlayıb. Liviya hökumətinə bağlı “Qəzəb” əməliyyatının sözçüsü Mustafa əl-Mecei bildirib ki, həmin gün axşama qədər baza tamamilə mühasirəyə alınıb və yararsız hala gətirilib.

  Digər tərəfdən, Hafter milislərinin Liviyanın paytaxtı Trablusun cənubuna etdiyi raket hücumunda 2 mülki şəxs həyatını itirib.



Әlaqәli Xәbәrlәr