Taliban hәrbi düşәrgәyә hücum etdi

Bu barәdә Helmanda Valiliyinin mәtbuat katibi Ömәr Zuvak mәlumat verib.

1410226
Taliban hәrbi düşәrgәyә hücum etdi

 

 

Әfqanıstandakı bir hәrbi düşәrgәyә Taliban silahlıları tәrәfindәn tәşkil edilәn hücum nәticәsindә 3 tәhlükәsizlik xidmәti әmәkdaşı hәlak olub.

Bu barәdә Helmanda Valiliyinin mәtbuat katibi Ömәr Zuvak mәlumat verib. Mәlumata görә, Taliban silahlıları Helmand vilayәtinin Qirişk qәsәbәsinin Yahçal bölgәsindәki hәrbi düşәrgәyә minalanmış avtomobil ilә hücum edib.

Hücum zamanı 6 tәhlükәsizlik xidmәti әmәkdaşının da yaralandığı qeyd olunub.

Taliban isә hücuma görә mәsuliyyәti öz üzәrinә götürәrәk 10-dan çox әsgәrin öldürüldüyünü iddia edib.



Әlaqәli Xәbәrlәr