Qlobal Peyvәnd Sammiti bu gün öz işinә başlayır

Avropa İttifaqı vә İngiltәrәnin tәşkilatçılığı ilә başlanılan Qlobal Peyvәnd Sammiti ilә әlqәdar çox sayda ölkә vә qurum bir araya gәlir.

1410479
Qlobal Peyvәnd Sammiti bu gün öz işinә başlayır

 

Avropa İttifaqı vә İngiltәrәnin tәşkilatçılığı ilә başlanılan Qlobal Peyvәnd Sammiti ilә әlqәdar çox sayda ölkә vә qurum bir araya gәlir. Sammit çәrçivәsindә 7,5 milyon avro vәsaitin toplanması nәzәrdә tutulur. Yeni növ koronavirusla mübarizәdә әn әhatәli qlobal peyvәnd vә müalicә kampaniyasına bu gün start verilir. Sammitin mәqsәdi peyvәnd, mialicә vә diqnostika mәsәlәlәrindә beynәlxalq tәdqiqatları maliyyәlәşdirmәkdir.

Asiya, Orta Şәrq vә Amerika qitәsindәn 11 ölkәnin liderlәrinin yer alacağı videokonfransa Amerika Birlәşmiş Ştatları, Çin, Hindistan vә Rusiya qatılmayacaq. Bu istiqamәtdәki addımları maliyyәlәşdirәn ilk ölkә isә İngiltәrәdir. Rәsmi London kampaniya çәrçivәsindә tәdqiqat fonduna 388 milyon sterlinq ianә edib.

Qlobal kampaniya üçün atılacaq növbәti addım da yenә bu gün keçirilәcәk sammitdә açıqlanacaq.

Türkiyә vaxtı ilә saat 16.00-da başlayacaq sammit Brüssel, Berlin vә Londonda canlı yayımlanacaq.



Әlaqәli Xәbәrlәr