“Ryanair” 3 min işçisini işdən çıxarmaq qərarına gəldi

“Ryanair” yeni növ korona virusu (Covid-19) epidemiyasıyla bağlı şirkətin çətin bir dövr keçirdiyi bildirib

1409042
“Ryanair” 3 min işçisini işdən çıxarmaq qərarına gəldi

 

  Mərkəzi İrlandiyada olan “Ryanair” hava yolları şirkəti 3000 işçisini işdən çıxarmaq qərarına gəldiyini açıqlayıb.

  “Ryanair” yeni növ korona virusu (Covid-19) epidemiyasıyla bağlı şirkətin çətin bir dövr keçirdiyi bildirib.

  Şirkətin baş meneceri (CEO) Maykl Oliri (Michael O'Leary) deyib: “Ümumilikdə 3 min nəfərin işdən çıxarılması qərara alınıb. Qalan işçilərin maaşları 20 faiz azaldılacaq. 2021-ci ilədək isə maaşlar 50 faiz azaldılacaq. “Boeing”ə yeni təyyarə sifarişlərinin dayandırılması üçün də danışıqlar aparılır".

  Qeyd edək ki, “Ryanair”də 17.500 adam çalışır.



Әlaqәli Xәbәrlәr