Nəhayət, Kim Çen İn göründü
Koreya Mərkəzi Teleqraf Agentliyi KXDR lideri Kim Çen İnın aprelin 11-dən bu yana ilk dəfə ictimaiyyət qarşısına çıxdığı barədə məlumat yayıb

Koreya Mərkəzi Teleqraf Agentliyi Koreya Xalq Demokratik Respublikasının (KXDR) başçısı Kim Çen İnin aprelin 11-dən bu yana ilk dəfə ictimaiyyət qarşısına çıxdığı barədə məlumat yayıb.
Yonhap agentliyi xəbər verir ki, KXDR rəhbəri mayın 1-də Sunçhon şəhərində gübrə zavodunun tikintisinin başa çatması ilə bağlı təntənəli mərasimdə çıxış edərək açılış lentini kəsib.
Koreya Mərkəzi Teleqraf Agentliyi Kim Çen İnin zavodun açılış mərasimində çəkilmiş fotoşəkillərini və videogörüntülərini dərc edib.
Qeyd edək ki, Kim Çen İnin uzun illər ərzində ilk dəfə olaraq babası, KXDR-in qurucusu Kim İr Senin doğum günü ilə əlaqədar təntənəli mərasimdə iştirak etməməsi Şimali Koreya başçısının səhhəti ilə bağlı şayiələrə səbəb olmuşdu.
Әlaqәli Xәbәrlәr
İsveç NATO-ya üzvlük üçün ərizə yazıb
İsveç-in xarici işlər naziri Ann Linde NATO-ya üzvlük üçün ərizə yazıb.