"Biz bu virusun təbii mənşəli olduğuna əminik", M.Rayan

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İsveçrədəki Cenevrə qərargahında videokonfrans yoluyla mətbuat konfransı keçirib

1409213
"Biz bu virusun təbii mənşəli olduğuna əminik", M.Rayan

 

  Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Fövqəladə Hallar Proqramının direktoru Mayk Rayan (Mike Ryan) yeni növ korona virusunun (Covid-19) təbii mənşəli olduğuna inandıqlarını söylədi.

  ÜST-ün baş direktoru Tedros Adhanom Qebreesus (Tedros Adhanom Ghebreyesus) təşkilatın İsveçrədəki Cenevrə qərargahında videokonfrans yoluyla mətbuat konfransı keçirib. O, çıxışı zamanı söyləyib: “Covid-19”la bağlı beynəlxalq ictimaiyyətə təcili səhiyyə yardımı davam etməkdədir. Təşkilatın epidemiyaya qarşı gecikmə ittihamlarına bir daha qarşı çıxırıq”.

  Trampın “Covid-19”un Çinin Vuhan şəhərində bir laboratoriyada istehsal olunduğu” və "ÜST Çində ictimai əlaqələr agentliyi kimi işlədiyi üçün özündən utanmalıdır" sözlərilə bağlı suallara ÜST-nin Fövqəladə Hallar Proqramının direktoru M.Rayan cavab verərək deyib: “Alimlər “Covid-19”un yaranma və yayılma səbəblərini araşdırıb. Biz bu virusun təbii mənşəli olduğuna əminik."

  Xatırladaq ki, D.Tramp bir gün əvvəl verdiyi açıqlamada “Covid-19”un Vuhandakı (Wuhan) bir laboratoriyadan sıçradığına dair dəlili olduğunu söyləyib, ancaq bunu mətbuata açıqlamayıb. Ümumiyyətlə, ABŞ prezidenti Çinin “Covid-19”dan yoluxma və ölüm sayını gizlətdiyini iddia və bu ölkəni virusu dünyaya yaymaqda ittiham edir.



Әlaqәli Xәbәrlәr