Tacikistan rus şəkilçilərindən istifadəni qadağan etdi

Tacikistanda soyadlarında rus şəkilçilərindən istifadə qadağan edilir

1408735
Tacikistan rus şəkilçilərindən istifadəni qadağan etdi

 

  Tacikistan parlamentinin aşağı palatasının deputatları vətəndaşlara soyadlarının qeydiyyatı zamanı rus sonluqlarından istifadəni qadağan edən qanunun lehinə səs verib.

  Bu barədə ölkənin qanunverici orqanının mətbuat xidməti məlumat yayıb. “Qanun qüvvəyə mindikdən sonra –ov, -ova, -yev, -yeva, -ovna, -yevna, -oviç, -yeviç soyad sonluqları tam qadağan ediləcək”, - deyə Tacikistanın ədliyyə naziri Müzəffər Aşuriyon bildirib.

  Nazirliyin məlumatına görə, qadağa sənədlərini bundan əvvəl almış vətəndaşlara şamil edilməyəcək. “Bundan sonra sənəd almaq istəyənlərə soyadlarında –pur, -duht, (...) –zod, -zoda, -on, -yon, -iyon, -yor, -niyor və -far sonluqlarından istifadə etmək tövsiyə olunur”, - deyə nazirlik vurğulayıb.

  Yenilik Tacikistanda yaşayan milli azlıqların nümayəndələrinə aid edilmir.

  Qeyd edək ki, ölkədə soyadını ilk olaraq dəyişənlərdən biri də ölkə prezidenti Emomali Rahmon olub. O, 2007-ci ilə qədər Rahmonov Emomali Şaripoviç kimi tanınırdı.



Әlaqәli Xәbәrlәr