"Covid-19"dan dünya üzrə can itkisi

Yeni növ korona virusundan (Covid-19) dünya üzrə can itkisi 234 min 200, yoluxma halları 3 milyon 318 min 700, sağalanların sayı isə bir milyon 48 min 500-ü keçib.

1408903
"Covid-19"dan dünya üzrə can itkisi

 

  Yeni növ korona virusundan (Covid-19) dünya üzrə can itkisi 234 min 200, yoluxma halları 3 milyon 318 min 700, sağalanların sayı isə bir milyon 48 min 500-ü keçib.

  İtaliyada “Covid-19”dan ölənlərin sayı son 24 saatda 285 nəfər artaraq 27.967 olub.

  İspaniyada son bir gündə 281 adamın həyatını itirməsilə ölüm 24.824 rəqəminə çatıb.

  Fransada “Covid-19”dan ötən gün 289 nəfər ölüb, ümumi say 24 min 376 olub.

  İngiltərədə virusdan ölənlərin sayı bir gündə 674 nəfər artaraq 26 min 711-ə çatıb.

  6572 nəfərin həyatını itirdiyi Almaniyada virusa görə dünyasını dəyişən türklərin sayı 135-ə yüksəlib. Ölkə addım-addım normal həyata qayıdır. Korona virusu tədbirləri çərçivəsində bağlanan ibadət yerləri – kilsə və məscidlərin əksəriyyəti 9 maydan etibarən açılacaqdır. Bildirilir ki, məscidlərin açılması müəyyən şərtlərə tabedir və bu qaydalara əməl olunmalıdır.

  7703 nəfərin öldüyü Belçikada yoluxma halı son 24 saatda 513 artaraq 49 min 32-ə çatıb.

  ABŞ-ın "USS Theodore Roosevelt" təyyarə gəmisində “Covid-19”a yoluxanların sayı 155 min olub. ABŞ Hərbi Dəniz Donanması Amerika döyüş gəmilərində korona virusuyla bağlı vəziyyəti son dəfə ictimaiyyətə çatdırdığını bildirib.

  Cənubi Amerika ölkəsi Braziliyada son 24 saat ərzində epidemiyadan ölənlərin sayı 435 nəfər artaraq 5901-ə, virusa yoluxanların sayı isə 7218 nəfər artaraq 85 min 218 olub.

  Rusiyada koronavirusa yoluxanların sayı 7933 nəfər artaraq 114 min 431 nəfərə çatıb. İndiyədək 13 min 220 nəfər sağalıb, 1169 nəfər həyatını itirib, 96 nəfər dünyasını dəyişib.

  İranda “Covid-19”dan həyatını itirənlərin sayı son 24 saatda 63 nəfər artaraq 6091-ə çatıb.

  Bir sıra ölkələrdə ölüm və yoluxma halları ilə bağlı rəqəmlər belədir: Misir 392 / 5537, Əlcəzair 450 / 4006, Səudiyyə Ərəbistanı 162 / 22.753, Mərakeş 170 / 4423, Liviya 3 / 61, İraq 93 / 2085, Malayziya 102 / 6002.

  Fələstin Səhiyyə Nazirliyinin bildirdiyinə görə, Qəzzada İsrailin mühasirəsi üzündən epidemiya ilə bağlı mübarizə tədbirləri və səhiyyə xidməti zəifdir.  



Әlaqәli Xәbәrlәr