Dünya üzrə koronavirusundan həyat itkisi və yoluxma sayı

Yeni növ koronavirus epidemiyası sürәtlә yayılmağa davam edir.

1406440
Dünya üzrə koronavirusundan həyat itkisi və yoluxma sayı

 

Yeni növ koronavirus epidemiyası sürәtlә yayılmağa davam edir. Epidemiya səbəbindən indiyədək həyatını itirənlərin sayı 212 min 300-ü, yoluxanların sayı isə 3 milyon 81 min 500-ü keçib. Müalicә olunan xәstәlәrin sayı isә 922  min 862-ә çatıb.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarındaepidemiya sәbәbindәn hәyatını itirәnlәrin sayı 55 mini, infeksiyaya yoluxanların sayı isә bir milyonu keçib. Nyu York ştatında president seçkilәri ilә bağlı iyun ayında keçirilәcәk seçkilәrin epidemiya sәbәbindәn lәğv edildiyi bildirilib.

İtaliyada yeni növ koronavirusdan hәyatını itirәnlәrin sayı  sutka әrzindә 333 artaraq 26 min 977-ә yüksәlib. Ölkәdә infeksiyaya yoluxanların ümumi sayı isә 100 mini keçib.

Fransada yeni növ koronavirus epidemiyasından vәfat edәnlәrin sayı 24 saatda 437 artaraq 23 min 293-ә, infeksiyaya yoluxanların sayı isә 4 min 711 artaraq 196 min 69-a çatıb.

İspaniyada koronavirus qurbanlarının sayı 23 mini keçib.

İngiltәrәdә koronavirusdan ölәnlәrin sayı gün әrzindә 360 artaraq 21 min 92-ә, epidemiyaya yoluxanların sayı da 4 min 310 artaraq 157 min 149-a yüksәlib.

Hollandiyada son 24 saat ərzində yeni növ koronavirus epidemiyasında ölənlərin sayı 48 artaraq 4 min 566, virusa yoluxanların sayı 38 min 416-ya yüksəlib.

Kanadada yeni növ koronavirusdan hәyatını itirәnlәrin sayı hәftә sonu 452 artaraq 2 min 781-ә, epidemiyaya yoluxanların sayı da 4 min 678 artaraq 48 min 229-a çatıb.

596 nәfәrin hәyatını itirdiyi, 15 min 357 yoluxma faktının qeydә alındığı Avstriya  yeni növ koronavirusun yayılmasının qarşısını almaq üçün həyata keçirilən məhdudiyyətləri tədricən yumşaldııb. Ölkәdә komendant saatı 30 apreldə başa çatdırılacaq.
Turizm naziri Yelizabet Köstinger də 29 mayda otellər, zooparklar, hovuzlar və turizm yerlərinin açılacağını açıqlayıb. 
Köstinger əlavə edib ki, mayın 15-də restoran və kafelər açılacaq və orada yeni tədbirlər həyata keçiriləcək.

Latın Amerikası ölkәsi olan Meksikada koronavirus epidemiyasından  ölәnlәrin sayı 24 saat әrzindә  46-a çatıb. Sәhiyyә Nazirliyi epidemiyaya yoluxanların sayının 14 mini keçdiyini açıqlayıb.

Koronavirus yoluxmuş insanların sayının artdığı bəzi Avropa ölkələrində virusa yoluxan/dünyasını dəşiyənlərin sayı:
"İsveçrə 29 min 264/1677, Portuqaliya 24 min 27/928, İsveç 18 min 926/2 min 274, Polşa 12 min 89/570, Rumıniya 11 min 616/650, Danimarka 8 min 851/427, Serbiya 8 min 275 / 162, Çexiya 7 min 449/223, Finlandiya 4 min 740/193, Macarıstan 2 min 649/291, Yunanıstan 2 min 534/136, Xorvatiya 2 min 39/59, Bosniya və Herseqovina 1585/63, Sloveniya 1408/86, Şimali Makedoniya 1399/65, Bolqarıstan 1387/58".



Әlaqәli Xәbәrlәr