Dünya üzrə koronavirusundan həyat itkisi və yoluxma sayı

Epidemiya səbəbindən indiyədək həyatını itirәnlәrin sayı 207 min 200-ü, yoluxanların sayı isə 3 milyon 7 mini keçib. Müalicә olunan xәstәlәrin sayı 883 min 306-ya çatıb.

1405693
Dünya üzrə koronavirusundan həyat itkisi və yoluxma sayı

Epidemiya səbəbindən indiyədək həyatını itirәnlәrin sayı 207 min 200-ü, yoluxanların sayı isə 3 milyon 7 mini keçib. Müalicә olunan xәstәlәrin sayı 883 min 306-ya çatıb.
Bir gün ərzində ölənlərin sayının azalmasının davam etdiyi İtaliyada "Covid-19"dan can itkisi son 24 saatda 260 artaraq 26 min 644-ə çatıb. Bu, epidemiyanın baş qaldırdığı martın 14-dən beridir qeydə alınan ən az ölüm sayı olub. Ölkədə virusa yoluxanların sayı 197 min 675-ə çatıb. Baş nazir Cüzeppe Konte tədbirlərin 4 may tarixindən etibarən tədricən həyata keçiriləcəyini açıqlayıb.

ABŞ-da yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı 980 mini keçib, 55 mindən çox insan isə dünyasını dəyişib.

Koronavirusa yoluxma hallarının ümumilikdə sayı gün ərzində 21 960 nəfər artaraq, ümumilikdə 982 611 nəfər təşkil edir, 55 271 nəfər də virusdan ölüb.

Qeyd edək ki, ABŞ hər iki göstərici üzrə digər ölkələri keçib. 

İspaniya epidemiyadan həyatını itirənlərin sayı gün ərzində 331 artaraq 23 min 521-ə çıxıb.Səhiyyə naziri Salvador İlla koronavşrusa yoluxanların sayını müəyyən etmək üçün 90 min adama testin ediləcəyini deyib.
Fransada koronavirusdan həyatını itirənlərin sayı son 24 saatda 242 nəfər artaraq 22 min 856 nəfərə, virusa yoluxanların sayı isə 5 min 385 nəfər artaraq 162 min 100-ə çatıb. Bu rəqəmlərdə son 5 həftə ilə müqayisədə azalma olduğu söylənsə də, Ailə Həkimləri Həmkarlar İttifaqının (MG) Fransa üzrə sədri Jak Battistoni "France İnfo"ya verdiyi açıqlamada koronavirusdan evdə ölən insanların ümumi ölüm sayına daxil olmadığını bildirərək, ailə həkimlərilə fəaliyyət nəticəsində ölkə miqyasında 9 min adamın evlərində virusdan öldüyünü irəli sürüb.
İngiltərədə "Covid-19"dan ölənlərin sayı son 24 saatda 413 artaraq 20 min 732-ə çatıb. İngiltərədə ümumi olaraq virusa yoluxanların sayı 
152 min 840 olub. Baş nazir Boris Conson xalqa səbirli olmaları ilə bağlı çağırış edib.

Almaniyada koronavirusdan ölənlərin sayı 5 min 976-a çatıb. Ölkədə infeksiyaya yoluxanların sayı isə 157 min 770-ə yüksəlib.

Dünyasınıdəyişənlərin sayının 7 min 207 olduğu Belçikada virusun yoluxduğu insan sayı 46 min 687-yə yüksəlib. 

Avstriyada koronavirusdan 549 adam ölüb, infeksiyaya yoluxanların sayı 15 mini keçib.

Hollandiyada yeni növ koronavirusdan həyatını itirənlərin sayı 4 min 518-ə, yoluxanların sayı isə 38 min 245-ə yüksəlib.

İsveçdə koronavirusdan həyatını itirənlərin sayı 2270-ə, virusa yoluxanların sayı isə 18 mini keçib.

Braziliyada"Covid-19" səbəbiylə ölənlərin sayı 4 min 205-ə, virusa yoluxanların sayı isə 63 min 100-ə yüksəlib.
Koronavirusdan Avstraliyada ölənlərin sayı 83-ə çıxıb. Ölkə daxilində təxminən 510 min insan üzərində aparılan testlər nəticəsində, virusa yoluxduğu aşkar edilən 6 min 713 adamdan 5 min 558-nin sağaldığı qeyd edilib.
19 nəfərin öldüyü Yeni Zelandiyada koronavirus epidemiyasına yoluxanların sayı min 469-a yüksəlib, onlardan 180 nəfər sağaldı. Ölkə martın 25-dən məcburi hallar istisna olmaqla tətbiq olunan komendant saatı gecə yarısından etibarən dayandırılıb. Ölkə daxilində dördüncü səviyyə tətbiq olunan qadağalar və məhdudiyyətlərin əvəzində iş, alış-veriş, bayıra çıxmaq və bəzi su idman növlərinə icazə verən daha yüngül qaydalar daxil olmaqla üçüncü kateqoriyaya keçilib.

Bəzi Abropa ölkələrində isə vəziyyət belədir:

İsviçrəda koronavirusdan həyatını itirənlərin sayı 1640, Portuqaliyada 903, Polşada 539, Rumıniyada 631, Danimarkada 422, Serbiyada 156, Çexiyada 211, Finlandiyada 190, Macarıstanda 280, Xorvatiyada 55, Bosniya və Herseqovinada 60, Sloveniya 83, Şimali Makedoniyada 61-ə çatıb.



Әlaqәli Xәbәrlәr