ABŞ-da silahlı insident zamanı bir polis әmәkdaşı hәlak olub

Amerika Birlәşmiş Ştatlarının Luisiana ştatının paytaxtı Baton Roucda baş verәn silahlı insident nәticәsindә bir polis әmәkdaşı hәyatını itirib, biri dә xәsarәt alıb.

1405840

Baton Roucdakı Polis İdarәsinin rәisi Mörfi Paul yerli media orqanlarına açıqlama verәrәk  bildirib ki, bir cinayәtkarı saxlamaq üçün şәhәrin şimalına gedәn polis әmәkdaşları silahlı hücuma mәruz qalıb. Paul xәsarәt alan polis әmәkdaşlarından birinin hәyatını itirdiyini bildirib.

Polis İdarәsinin rәisi hәyata keçirilәn әmәliyyat nәticәsindә cinayәtkarın da saxlanıldığını deyib.

Әlaqәli Xәbәrlәr