Səudiyyə Ərəbistanı qamçılama hökmü ilə bağlı qərar verdi

Səudiyyə Ərəbistanı İnsan Haqları Komissiyası öz bəyanatında bu addımı yüksək qiymətləndirib

1405306
Səudiyyə Ərəbistanı qamçılama hökmü ilə bağlı qərar verdi

 

  Səudiyyə Ərəbistanında Kral Salman bin Əbdüləziz və vəliəhd-şahzadə Məhəmməd bin Salmanın həyata keçirdikləri hüquqi islahatlar çərçivəsində daha bir mühüm tarixi addım atılıb. Bundan sonra Krallıqda məhkəmələr cinayət törədənlər barəsində qamçılama hökmü çıxarmayacaq. Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, bu cəza növü azadlıqdan məhrumetmə ilə əvəzlənəcək.

Səudiyyə Ərəbistanı İnsan Haqları Komissiyası öz bəyanatında bu addımı yüksək qiymətləndirib. Komissiyanın sədri Əvvad bin Saleh qeyd edib ki, yeni dəyişiklik ölkədə insan haqları və azadlıqları sahəsində son beş ildə qəbul edilən 70 qərardan ən mühümüdür. O əlavə edib ki, Krallıqda qadınların, uşaqların və ahıl insanların hüquqlarının qorunması və onlar üçün daha yaxşı həyat şəraitinin təmin edilməsi istiqamətində islahatlar davam edir.

Şuranın üzvü İbrahim Əl-Nəhhas isə jurnalistlərə müsahibəsində qeyd edib ki, ölkə ictimaiyyəti hüquq islahatlarını alqışlayır və gələcəkdə edam cəzasının ləğv edilməsi də gündəmə gələ bilər.

 

Mənbə: azertg.az



Әlaqәli Xәbәrlәr