Korona virusundan dünya üzrə can itkisi və yoluxma sayı

Yeni tip korona virusundan (Covid-19) qaynaqlı can itkisi dünya üzrə 197 mini, yoluxma sayı isə 2 milyon 831 mini keçib. 807 mindən çox xəstə sağalıb

1405027
Korona virusundan dünya üzrə can itkisi və yoluxma sayı

 

  Epidemiyanın mərkəzi olmuş Amerika Birləşmiş Ştatlarında virusdan ölümlər 50 mini geridə qoyub, yoluxma halları 870 min 468-i aşıb. Nyu Yorkdan sonra ən çox təsirlənən ikinci ştat Nyu Cercidə (New Jersey) yoluxma sayı 100 mini, can itkisi isə 5600-ü keçib.

  İtaliyada “Covid-19”dan həyatını itirənlərin sayı son 24 saatda 420 nəfər artaraq 25.969-a yüksəlib, yoluxanların sayı isə azalaraq 106.527-ə düşüb.

  Fransada virusdan son bir gündə ölənlərin sayı 389 artaraq 22.245-ə qalxıb.

  5653 can itkisi olan Almaniyada son 24 saatda 9 Türkiyə vətəndaşının ölümü ilə bu ölkədə həyatını itirən türklərin sayı 109 olub.

  Belçikada epidemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq olunan qismi təcrid üç mərhələdən ibarət olaraq aradan qaldırılacaq. İlkin mərhələdə - 4 maydan bəzi böyük mağazalar açılacaq və yenidən iş həyatına dönüləcək. İkinci mərhələdə - 18 maydan məktəblər pilləli olaraq tədris prosesinə başlayacaq. Üçüncü mərhələ - 8 iyundan isə son mərhələyə keçilərək bütün restoran, kafe və mağazalar açılacaq.

  Digər ölkələrdəki “Covid-19”dan can itkisi və yoluxma sayı belədir: Avstraliya 80 / 6687, Yeni Zelandiya 18 / 1461, Braziliya 3670 / 52.995, Kolumbiya 225 / 4881, Kuba 49 / 1285.

  Ekvadorda indiyə qədər 576 adamın həyatına bais olan “Covid-19”a yoluxma son bir gündə 11.536 nəfər artaraq 22.719-a çatıb.

  Korona virusunun ilk ortaya çıxdığı Çində yeni can itkisi qeydə alınmayıb, 12 yeni yoluxma təsbit edilib. Xatırladaq ki, ölkədə “Covid-19”dan indiyə qədər 4632 adam həyatını itirib.

  Bu günə qədər 240 adamın epidemiyadan həyatını itirdiyi Cənubi Koreyada yoluxma sayı 10.718-ə çıxıb.

  Yaponiyanın Naqasaki şəhəri limanına təmir üçün yan alan İtaliyanın “Costa Atlantica” sərnişin gəmisində “Covid-19”a bulaşanların sayı 150-dir.

  Ərəb ölkələrində korona virusundan ölən və yoluxma hallarının sayı artır: Misir 294 / 4092, Əlcəzair 415 / 3127, Mərakeş 158 / 3758, Tunis 38 / 922, Oman 10 / 1790, İordaniya 7 / 441, Liviya 2 / 61.

  Afrika qitəsində “Covid-19”dan ölüm hadisələri 1300-ə yaxınlaşıb, yoluxma halları 27 mini, xəstələrin sayı isə 7474-i keçib.



Әlaqәli Xәbәrlәr